Modern.az

Formula 1 rəhbəri azərbaycanlı könüllülərlə görüşdü

Formula 1 rəhbəri azərbaycanlı könüllülərlə görüşdü

14 Fevral 2020, 16:57

Formula 1-in rəhbəri Çeyz Keri Azərbaycan Qran Prisinin könüllüləri və marşalları ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdə Formula 1 Azərbaycan Qran Prisinin 250-ə yaxın könüllü və marşalı iştirak edib. Bu il əməliyyat şirkəti könüllü fəaliyyətinə əsaslanan Marşal və Könüllü proqramlarının 5 illiyini keçirir. Digər tərəfdən 2020-ci il ölkə miqyasında “Könüllülər ili” kimi qeyd olunur.

 

Hər iki əlamətdar hadisə ilə əlaqədar olaraq əməliyyat şirkəti yarışa hazırlıq işlərinin intensivləşəcəyi önümüzdəki aylar ərzində də bir sıra oxşar görüşlər və maraqlı proqramlar keçirməyə davam edəcək

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI