Modern.az

Erməniyə qalib gələn Azərbaycan güləşçisi medal qazandı

Erməniyə qalib gələn Azərbaycan güləşçisi medal qazandı

Aktual

17 Fevral 2020, 00:17

Azərbaycan idmançısı Camaləddin Məhəmmədov (125 kq) Roma şəhərində keçirilən güləş üzrə Avropa çempionatının sonuncu günündə yığmanın ikinci bürünc medalını qazanıb.

 

Modern.az  “Report”a istinadən  xəbər verir ki, təcrübəli güləşçimiz bürünc medal uğrunda qarşılaşmada Ermənistan təmsilçisi Levan Berianidze ilə görüşüb.

Görüş 2:2 hesabı ilə bitib. Lakin, sonuncu xalı güləşçimiz qazandığı üçün qələbə onun hesabına yazılıb.

Beləliklə, Azərbaycan sərbəst güləşçiləri Avropa çempionatını 5 medalla başa vurub. Ötən gün Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq) və Cəbrayıl Həsənov (79 kq) bürünc medala sahib olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı