Modern.az

Karib dənizində təyyarə qəzaya uğradı

Karib dənizində təyyarə qəzaya uğradı

Aktual

17 Fevral 2020, 22:21

Karib dənizində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, 4 nəfər itkin düşüb.

Modern.az  xarici mediaya  istinadən xəbər verir ki, bu barədə Fransanın Qvadelupa prefekturası bildirib.

Məlumata əsasən, "Piper" adlı təyyarə fevralın 17-i Dominika adasında Çarlz-Duqlas hava limanından Qvadelupaya doğru yola çıxıb. Təyyarə havaya qalxdıqdan bir müddət sonra adanın sahillərində dənizə çırpılıb.

Təyyarədə ər-arvad, onların 16 yaşlı oğlu və 40 yaşlı kişi olub. Onlar hamısı Fransa vətəndaşları idi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?