Modern.az

Rusiyaya məxsus təyyarə Suriyada 5 türk əsgərini şəhid edib

Rusiyaya məxsus təyyarə Suriyada 5 türk əsgərini şəhid edib

18 Fevral 2020, 14:40

Türkiyə Müdafiə Nazirliyindəki mənbə fevralın 3-də İdlib vilayətində ordu karvanına hücumu Rusiya təyyarəasinin həyata keçirdiyini bildirib.

 

Modern.az Türkiyənin “Yeni Akit” qəzetinə istinadən xəbər verir ki, orudakı mənbə bütün texniki prosedurların və araşdırmaların hücumun Rusiya tərəfindən gerçəkləşdiyini ortaya qoyur.

Həmin insident zamanı 5 türk əsgəri və 3 mülki şəxs həyatını itirmişdi. Hücum zamanı avtomobildəki ciddi zədələr və regionda yerləşdirilən radarlar da hücumun təyyarə ilə gerçəkləşdiyini ortaya qoyur.

 

Amma mənbə buna görə Moskvanı ittiham etməyin strateji baxımdan düzgün olmamasına görə Suriya rejiminin baiskar elan olunduğunu söyləyib. Türkiyə hücum barədə Rusiyaya məlumat verən zaman iki ölkə birgə araşdırma barədə razılıq əldə etmişdi və bu araşdırma rus təyyarəsinin insidentə səbəb olduğunu sərgiləmişdi.

 

Mənbə Rusiya KİV-də dron vasitəsilə Türkiyəyə məxsus hərbi karvanın keçidi əks olunan videokadrları yada salıb. Həmin kadrlarda dron zirehli texnikanı hədəfə aldığını imitasiya edir. Bununla Moskva sanki “istədiyimiz vaxt qisas ala bilərik” mesajı verir. Suriyada Türkiyə ordusuna hücum bütün Yaxın Şərq konsepsiyasını dəyişir.

 

Qarşıdakı müddətdə Ankara Moskva ilə yaranan mübahisələr zamanı öz planını həyata keçirəcək. Bu isə Suriyada daha qlobal müharibənin başlanmasına səbəb ola bilər.

   

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub