Modern.az

Zakir Qaralov idarə rəisi təyin etdi

Zakir Qaralov idarə rəisi təyin etdi

18 Fevral 2020, 16:58

Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəyə yeni rəis təyin edilib.

 

Modern.az xəbər verir ki, Baş prokuror Zakir Qaralovun əmri ilə baş ədliyyə müşaviri Orxan İsayev Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsinə təyin olunub.

 

Baş Prokurorluğun Mətbuat Xidməti Trend-ə faktı təsdiqləyib.

 

Qeyd edək ki, Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsində daha əvvəl III dərəcəli dövlət ədliyyə müşaviri İlqar Cəfərov çalışıb. O, başqa işə keçirilməklə əlaqədar işdən çıxarılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir