Arxiv
19 Fevral 2020, 10:34 | AKTUAL
Sahibkarlar mallarını icbari sığorta etdirsinlər - TƏKLİF

Dünən Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzində (TM) yanğın hadisəsi baş verib.

Bu yanğın hadisəsi malların icbari sığorta məsələsini yenidən gündəmə gətirdi. Yanğın baş verən iri ticarət obyektləri icbari sığortaya cəlb edilə bilərmi? Bununla bağlı hər hansı bir təkliflər edilirmi?

        

Məsələ ilə bağlı iqtisadçı Vüqar Bayramov Modern.az-a öz fikirləri ilə bölüşüb.

“Son dövrlər ölkədə iri  ticarət obyektlərində yanğın hadisələri daha çox baş verir. Çox təssüf ki, bu cür ticarət obyektləri inşa edilən zaman təhlükəsizlik standartlarına demək olar ki, əməl edilmir. Məhz təhlükəsizlik standartları gözlənilmədiyindən də yanğın halları baş verir. Digər problem isə ondan ibarətdir ki, belə ticarət obyektlərində yanğın baş verən zaman,yanğın qısa zaman kəsiyində ətrafa yayılır. Daha çox sahibkara ziyan dəyir. Ötən il də ticarət mərkəzlərinin birində yanğın baş verən zaman biz təklif etdik ki, belə ticarət obyektlərində təhlükəsizlik standartları müəyyənləşdirilsin. Xüsusilə, həmin ticarət sahibkarlarına təhlükəsizlik standartlarının tətbiqinə nəzarət həyata keçirilsin. Düşünürəm ki, həmin ticarət obyektlərində satışla məşğul olan kiçik sahibkarların öz satdıqları məhsullarını  icbari sığorta etdirmələrinə daha çox ehtiyac var. Yanğın hadisələri göstərir ki, yanğın baş verən zaman sahibkara müəyyən miqdarda ziyan dəyir, ancaq sahibkarlar vaxtında öz məhsullarını sığortalamadıqları üçün, nəticədə dəymiş ziyan sığorta şirkəti tərəfindən ödənilmir ”.

 

Vüqar Bayramov yanğın hadisələri baş verən zaman sığorta məsələsi daha çox  gündəmə gəldiyini bildirib:

“Biz artıq iki ildir ki, mətbuatda belə obyeklərdə fəaliyyət göstərən sahibkarlara öz məhsullarının sığortalanmasının icbari hala gətirilməsi ilə bağlı təkliflərlə çıxış edirik. Yanğın baş verən zaman icbari  sığorta məsələsi yenidən gündəmə gəlir. Lakin iki gün sonra yenidən unudulur. Təssüf ki,əksəriyyət sahibkarlar tərəfindən öz məhsullarını sığortalanmasını həyata keçirmir. Təklif edirəm ki, iri ticarət obyektlərində çalışan sahibkarlar öz məhsullarını icbari sığorta elətdirsinlər. İcbari şəkildə bu sığortalanma həyata keçirilsin ki,yanğın baş verən zaman, sahibkarlara dəymiş ziyan sığorta şirkəti tərəfindən ödənilsin ”.

 

Sığorta eksperti İlkin İbrahimov isə hesab edir ki, yanğın baş verən zaman sığorta şirkətləri bu məslədən boyun qaçırırlar.

“Ümumiyyətlə, ölkədə böyük ticarət mərkəzlərində hər hansı bir yanğın hadisəsi baş verəndə sığorta məsələsi ilə bağlı böyük problemlər yaranır. Ötən ildən bəri xeyli iri ticarət obyektləri var ki,orda yanğınlar baş verir. Bu zaman sığorta şirkətləri  (daşınmaz əmlakın sığortası nəzərdə tutulur) məhsulları sığorta etməkdən çəkinirlər. Fövqəladə Hallar Nazirliyi hər il iri ticarət obyektlərində yoxlamalar həyata keçirir. Əgər burda hansısa əmlak sığortalanmırsa, 200 manat məbləğində cərimə tətbiq edilir. Görünür ki, bu məsələdə nəinki sığorta şirkətləri, heç vətəndaşların özləri də maraqlı deyil. Eurohome-da yanğın baş verən zaman bu məsələ yenidən gündəmə gəldi. Hətta bəzi sahibkarlar qətiyyətlə bildirdilər ki,biz əmlakımızı sığortalatmaq istəyirik.Ancaq bəzi sığorta şirkətləri bundan imtina etdi ”.

 

“Biz təklif etdik ki, bu məsələ mətbuatda işıqlandırılsın, bir çox media qurumları həmin əraziyə gedib, sahibkarların sözünü dinləsin. Nəticədə bir çox mətbuat orqanları ərazidə oldular, təssüf ki, bir nəfər də olsa vətəndaş gəlib demədi ki, bizim sığorta şirkəti ilə problemimiz var. Bu da onu göstərdi ki, heç sahibkar da öz məhsullarını sığortalamaqda maraqlı deyil. Sığorta şirkətləri də ancaq riski qiymətləndirilər. Görürlər ki,bu cür böyük ticarət mərkəzlərində hər hansı bir hadisə baş verən zaman çox böyük ziyanlar olur. Ona görə də sığorta etməkdən imtina edirlər. Bir məqamı da qeyd edim ki, daşınmaz əmlakla bağlı sığorta məcburidir. Ancaq daşınar əmlakla bağlı sığorta məcburi deyil. Çünki burda sahibkarların  bəyan etmədiyi müəyyən sənədlər var.

Məsələn gömrük bəyənnaməsi olmalıdır ki,neçə minlik mal gömrükdən keçib,satışa hazırdır. Bax bu kimi məslələrdə problemlər yaranır. Nə qədər ki,bu problemlər aradan qaldırılmayıb,istəır sahibkarlar,istərsə də sığorta şirkətləri belə məslələrdə geri çəkiləcək. Ona görə də burada sığortanın sığortalanmasından söhbət gedə bilməz”-deyə İlkin İbrahimov qeyd edib.

 

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əli Əhmədovdan müraciət: “Gəlin, günaha batmayaq” 3 Aprel 2020, 11:40 Vilayət Eyvazov rəisi işdən ÇIXARDI 3 Aprel 2020, 11:30 Ermənistanda virusa yoluxanların sayı 736-ya çatdı 3 Aprel 2020, 11:25 OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşü aprelin 6-da keçiriləcək 3 Aprel 2020, 11:19 Astarada karantin qaydalarını pozan şəxs həbs edildi - FOTO 3 Aprel 2020, 11:12 Avtobus dayanacaq pavilyonları dezinfeksiya olunur - VİDEO 3 Aprel 2020, 11:06 Şura "QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı"nı keçirdi - FOTO 3 Aprel 2020, 11:01 17576 nəqliyyat vasitəsi postlardan GERİ QAYTARILDI 3 Aprel 2020, 11:00 İran-Türkiyә sәrhәdindә güclü zәlzәlә olub 3 Aprel 2020, 10:55 Xaçmazda 10 obyekt sahibi və 20 vətəndaş məsuliyyətə cəlb olunub - FOTO 3 Aprel 2020, 10:50 Subsidiya alan fermerlerə şad xəbər!   3 Aprel 2020, 10:45 Ermənistanda koronavirusdan 1 gündə 3 nəfər öldü 3 Aprel 2020, 10:40 Karantin rejimini pozan 10 nəfər həbs edilib, 3581 nəfər cərimələnib 3 Aprel 2020, 10:35 Çətinlikdən çıxa bilənlər“Yüksəliş”in bir hədəfi də böhran dövrünün idarəçisini seçməkdir 3 Aprel 2020, 10:29 Karantin rejimini pozan daha 3 nəfər həbs olundu 3 Aprel 2020, 10:23 Nazirlər Kabinetindən daha bir XƏBƏRDARLIQ: “Sərnişinə görə də icazə olmalıdır” 3 Aprel 2020, 10:16 Bakı polisindən əhaliyə MÜRACİƏT 3 Aprel 2020, 10:10 Evdən çıxmaq üçün məlumatların sistemə yerləşdirilməsinə BAŞLANILDI 3 Aprel 2020, 10:06 Karantin rejiminin qaydalarını pozanları bu CƏRİMƏ VƏ CƏZALAR gözləyir 3 Aprel 2020, 10:00 Koronavirus peyvəndi siçanlarda uğurla nəticələndi 3 Aprel 2020, 09:55 Paytaxt polisi bir gündə 20 cinayətin üstünü açdı 3 Aprel 2020, 09:50 ABŞ-da koronavirusdan ölənlərin sayı 6 mini keçdi 3 Aprel 2020, 09:45 Şimal bölgəsində KORONAVİRUSla bağlı son durum: DEPUTATLAR DANIŞDI 3 Aprel 2020, 09:40 Bu ölkədə bir gündə virusa yoluxanların sayı 30 minə çatdı 3 Aprel 2020, 09:35 Azərbaycan nefti niyə Brentdən ucuz satılır? - SƏBƏB 3 Aprel 2020, 09:29 Bakıda karantin rejimini pozan kafe aşkarlandı 3 Aprel 2020, 09:29 Türkiyədə zəlzələ olub 3 Aprel 2020, 09:25 Manat, dollar və avro - Bu günün valyuta MƏZƏNNƏSİ 3 Aprel 2020, 09:19 Türkiyə vətəndaşları öz ölkələrinə gətiriləcək 3 Aprel 2020, 09:13 Cəbhədə gərginlik səngimir - atəşkəs 25 dəfə pozulub 3 Aprel 2020, 09:06 Tarixdə iz qoyanlar: Mircəfər Bağırovun tələbini rədd edən alimin İNTİHARI 3 Aprel 2020, 09:00 Qurani-Kərim dünya ölkələrinin konstitusiyasına çevrilə bilər  3 Aprel 2020, 08:44 İranda koronavirusa yoluxanların sayı durmaq bilmir 3 Aprel 2020, 08:41 Bu müsəlman ölkəsində koronavirusdan ilk ölüm baş verdi 3 Aprel 2020, 08:36 Çində matəm elan edildi 3 Aprel 2020, 08:27