Modern.az

Ağır yol qəzası: 1 nəfər ölüb, 3 nəfər xəsarət

Ağır yol qəzası: 1 nəfər ölüb, 3 nəfər xəsarət

19 Fevral 2020, 14:36

Gəncə şəhəri ərazisində baş vermiş yol qəzası nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, fevralın 18-də saat 18 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini S.Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı maneəyə vurub.

 

Onun sərnişinlərindən həmyerlisi Ramin Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb, özü və 2 sərnişini xəstəxanaya yerləşdirilib.

 

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi