Arxiv
21 Fevral 2020, 14:24 | AKTUAL
Səfər Mehdiyev Litva səfiri ilə görüşdü

Fevralın 21-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas ilə görüşüb.

 

DGK Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Modern.az-a verilən məlumata görə, Komitə sədri Səfər Mehdiyev Azərbaycanla Litva arasında mövcud əməkdaşlıqdan bəhs edib, tərəflər arasında əlaqələrin bütün sahələri əhatə etdiyini vurğulayıb, qarşılıqlı fəaliyyətin bundan sonra da davam edəcəyinə ümidvar olduğunu bildirib.

 

Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə, o cümlədən gömrük sistemində həyata keçirilən islahatlar barədə məlumat verib, tətbiq edilən yeniliklərin ölkənin ixrac potensialını inkişaf etdirmək, gömrük prosedurlarını sadələşdirmək, şəffaflığı təmin etməklə yanaşı, beynəlxalq ticarətin asan və sürətlə həyata keçirilməsinə münbit şərait yaratdığını da söyləyib. Qeyd edilib ki, gömrük sahəsində aparılan struktur və kadr islahatlarında məqsəd peşəkar və bilikli kadrları işə cəlb etməklə çevik və dinamik gömrük xidməti formalaşdırmaqdır.

 

Azərbaycan və Litva gömrük xidmətləri arasında mövcud əməkdaşlıqdan söhbət açan Səfər Mehdiyev iki ölkə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində səylərin daha da gücləndirilməsinin vacibliyinə toxunub, təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

 

Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

 

İki ölkə arasında gömrük sahəsində münasibətlərin inkişaf tempindən danışan səfir bu əlaqələrin perspektivlərinə toxunub. Eqidius Navikas Azərbaycan və Litva gömrük xidmətlərinin qarşılıqlı əməkdaşlığının daha da gücləndirilməsi istiqamətində bundan sonra da səylərini əsirgəməyəcəyini deyib.

 

Görüşdə qarşılıqlı əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əfv sərəncamının verilməsi humanizmin təntənəsidir 7 Aprel 2020, 13:04 Sabaha olan teledərslərin cədvəli açıqlandı 7 Aprel 2020, 12:58 Regionlara qar yağır: “Meyvə ağaclarına ciddi ziyan dəyəcək” 7 Aprel 2020, 12:52 Yağıntılı hava şəraiti davam edəcək - FAKTİKİ HAVA 7 Aprel 2020, 12:46 İcra başçısı polis rəisi ilə birlikdə postları yoxladı - FOTO 7 Aprel 2020, 12:40 Əfv olunan MTN generalları karantinə götürüldü 7 Aprel 2020, 12:35 Biz birlikdə güclüyük  7 Aprel 2020, 12:29 Kimlər işsiz sayılmır? - RƏSMİ CAVAB 7 Aprel 2020, 12:18 Genefondumuz üçün vacib addımlar atılır - Partiya sədri 7 Aprel 2020, 12:12 QHT Şurası Real TV ilə yeni kampaniyaya başlayır 7 Aprel 2020, 12:06 Sarkisyan Aprel döyüşləri ilə bağlı dindiriləcək 7 Aprel 2020, 12:00 190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - Video 7 Aprel 2020, 11:54 Rusiyada koronaviruslu xəstələrin sayı 7500-ə çatdı 7 Aprel 2020, 11:50 Hacı Əbdüllə bağlı xatirələrim var... 7 Aprel 2020, 11:46 Nazirlik rəsmisi: “Bütün işsiz şəxslərə birdəfəlik ödəniş verilməyəcək 7 Aprel 2020, 11:40 Ermənistanda COVİD-19-a yoluxanların sayı 853-ə çatdı 7 Aprel 2020, 11:36 “Görülən tədbirlərə hər bir vətəndaş dəstək olmalıdır” - Deputat 7 Aprel 2020, 11:35 Karantin qaydalarını pozan 6945 nəfər cəzalandı 7 Aprel 2020, 11:31 Azərbaycan hərçiləri Cənubi Sudanda 7 Aprel 2020, 11:25 Bakıda kirayəhaqqını ödəməkdə çətinlik çəkənlər... 7 Aprel 2020, 11:23 Qadınlara qarşı cibgirlik edən şəxs saxlanıldı - VİDEO 7 Aprel 2020, 11:22 RİİB və Yasamal RİH-dən xeyriyyə aksiyası - FOTO 7 Aprel 2020, 11:17 Mərkəzi Bank bu bankları qalib elan etdi - SİYAHI   7 Aprel 2020, 11:12 Çinin qonşusu olan bu dövlətdə virusdan ölən olmayıb - cəmi 15 yoluxma... 7 Aprel 2020, 11:06 Ombudsmanın təklif etdiyi 10 məhbus da əfv olunub 7 Aprel 2020, 11:00 Ailə üzvlərini yandıran kişi saxlanıldı 7 Aprel 2020, 10:54 Bakıda kişi mağazadan belə oğurluq etdi - VİDEO 7 Aprel 2020, 10:48 BMT baş katibi tibb işçilərinə təşəkkür etdi 7 Aprel 2020, 10:42 Əfv sərəncamı ilə iki ömürlük məhkum azadlığa çıxdı 7 Aprel 2020, 10:36 Azərbaycanda hərarəti olan məhkumlar daxili karantinə götürülür 7 Aprel 2020, 10:30 Habil Əliyevin internetdə olmayan MÜSAHİBƏSİ: “Evlənəndə ağlım kəsməyib...” - MARAQLI 7 Aprel 2020, 10:24 Neft yenidən bahalaşdı 7 Aprel 2020, 10:18 İcazəsi olmayan şəxslərin küçədə hərəkəti - FOTOLAR 7 Aprel 2020, 10:12 Nuşirəvan Məhərrəmov fəaliyyətini bu qurumda davam etdirəcək 7 Aprel 2020, 10:05 Şəmkirdə dəhşət - kişi arvadını, oğlunu, gəlinini və nəvəsini yandırdı 7 Aprel 2020, 09:58