Modern.az

MSK Könül Nurullayevanın seçki dairəsindən şikayətlərə baxdı

MSK Könül Nurullayevanın seçki dairəsindən şikayətlərə baxdı

21 Fevral 2020, 20:09

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 24 saylı Nizami birinci seçki dairəsi üzrə namizədlərin müraciətinə baxılıb.

 

Modern.az xəbər verir ki, həmin dairədən qeydə alınmış namizədlər Nəsiman Yaqublu və İlham Mirzəliyev MSK-ya müraciət edərək, DSK-nın qərarı ilə razılaşmadıqlarını bildiriblər. Namizədlər faktların yenidən araşdırılmasını tələb ediblər. Müraciəti səsləndirən MSK üzvü Ramiz İbrahimov deyib ki, sosial şəbəkələrdə 24 saylı seçki dairəsində pozuntuları əks etdirən videomateriallar yoxdur.

 

MSK üzvü təklif edib ki, namizədlərin şikayəti əsassız olduğundan təmin edilməsin, DSK-nın qərarı qüvvədə saxlanılsın. MSK-nın ekpsert qrupunun rəyi ilə təklif qəbul edilib.

 

Qeyd edək ki, həmin dairədən lider namizəd Könül Nurullayevadır. 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...