Modern.az

Baş redaktor azadlığa çıxdı

Baş redaktor azadlığa çıxdı

22 Fevral 2020, 10:18

Dindar Sərdar Akif oğlu Babayev (Şeyx Sərdar Hacıhəsənli) azadlığa çıxıb.

 

Modern.az xəbər verir ki, o cəza müddəti başa çatdığı üçün azadlığa buraxılıb.

 

Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli "maide.az" saytının baş redaktoru olub. O, 2017-ci il fevralın 22-də həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 168.1.3 maddəsi ilə (dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) ittihamı irəli sürülüb.

Masallı rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır