Modern.az

Video bu dairədəki məntəqənin ləğvinə səbəb oldu

Video bu dairədəki məntəqənin ləğvinə səbəb oldu

22 Fevral 2020, 17:28

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən daxil olmuş şikayətə baxılıb.

 


Modern.az xəbər verir ki, həmin dairədən qeydə alınmış namizəd Anar İsayev dəvət olunsa da, MSK-nın iclasına gəlməyib.

 


Namizəd həmin seçki dairəsində pozuntuların qeydə alındığını iddia etsə də, bu, təsdiqini tapmayıb.
MSK üzvü İlham Məmmədov bildirib ki, namizədin müraciətində göstəriləməsə də sosial şəbəkələrdə həmin dairənin 9 saylı məntəqəsində pozuntular əks olunub. Bu məntəqədən olan sosial şəbəkədəki görüntülərdən seçicilərin iradəsinin təmin olunmadığı aydınlaşıb.

 

MSK-nın ekpert qrupunun rəyi ilə adıçəkilən dairənin 9 saylı seçki məntəqəsinin nəticələri etibarsız sayılıb.

 


Qeyd edək ki, 83 saylı dairəsən lider namizəd Aqil Abbasdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi