Arxiv
23 Fevral 2020, 16:15 | MƏDƏNİYYƏT
Azərbaycanda fotoistinad mədəniyyəti: “Bu məsələ məhkəmə predmeti olmalıdır”– FOTOQRAFLARLA SORĞU

Bəzi fotolar var ki, onlara şərh, izah verməyə ehtiyac qalmır. Elə birbaşa şəkil özü hər şeyi deyir. Fotonun ərsəyə gəlməsində isə, təbii olaraq fotoqrafın rolu danılmazdır.

 

Artıq bəzən üslubdan hansı şəkil hansı fotoqrafa məxsus olduğunu təxmin etmək olur. Amma fotonun müəllifi barədə məlumatı oxucu daha çox fotonun müəllifi barədə kiçik istinaddan əldə edir. Lakin bəzi hallarda fotoistinad olmadan da, fotoqrafların şəkillərinin müəllif göstərilmədən başqa KİV-də və social şəbəkələrdə  yayıldığına şahid oluruq.

 

Maraqlıdır, fotoqrafların bu məsələyə münasibəti  necədir? Onlar istinad olmadan özlərinə məxsus fotoları paylaşan şəxslərə etiraz edirlərmi?

 

Modern.az mövzu ilə əlaqədar olaraq mətbuatda çalışan fotoqraflarla arasında sorğu edib:

 

“AZƏRTAC” informasiya agentliyinin fotoqrafı Azər İbrahimov çəkdiyi şəkillərin istinadsız paylaşılmasına etiraz etmədiyini deyir:

“Bəli, çox olub ki, çəkdiyim şəkilləri digər saytlarda paylaşıblar. Həmin paylaşımlarda istinad edənlər də olub, etməyənlər də. İstinad olmadığı halda etiraz etmirəm, amma bildirirəm ki, foto mənə məxsusdur”.

 

“APA” informasiya agentliyinin əməkdaşı İlkin Nəbiyev bu vaxta kimi heç kimin onun şəkillərindən istifadə etdiyi halda fotoistinad etdiyini görməyib:

“İndiyədək çəkdiyim fotoları paylaşanlar çox olsa da istinad edən olmuyub. Bir neçə dəfə elə olub ki, mənə məxsus fotonun loqosunu kəsib elə paylaşıblar. Onda da mən etirazımı bildirmişəm. Ümumiyyətlə, başqasına məxsus şəkli paylaşırsansa müəllifliyinin kimə məxsus olması barədə də məlumat versən yaxşı olar. Bəzən elə hal olub ki, başqa saytlardan müəyyən şəkilləri istəyiblər özüm könüllü olaraq göndərmişəm”.

 

“Modern.az” saytının əməkdaşı İsmət Paşa tək saytlarda yox, digər sosial şəbəkələrdə belə istinadsız olaraq çəkdiyi şəkillərin yayımlandığını deyir:

“Fotoistinad olmadan mənim şəkillərimi həm sayt həm də İnstaqramda paylaşanlar çox olub. Hətta sosial şəbəkələrdə mənim adıma hesab açıb, çəkdiyim şəkilləri paylaşanlar olub. Bir neçə dəfə bu hallara etiraz etmişəm. Ümumiyyətlə fotoistinadın olması mütləqdir, çünki kiminsə zəhmətini itirmək olmaz”.

 

“Oxu.az” saytının fotoqrafı Ramil Zeynalov fotoistinad mədəniyyətinin olmadığını bildirib:

“Demək olarki hər gün fotoistinad olmadan yayımlanan fotolarımla rastlaşıram. Düzdür, həmin şəxslərə etiraz etmişəm, amma bir xeyri olmayıb. İstinadsız paylaşmaqlarının səbəbini soruşanda isə deyirlər ki, “Bizə də belə göndəriblər”. Hətta həmin şəxslər mənə məxsus loqonu kəsib öz istədikləri kimi verirlər”.

 

“Report” informasiya agentliyinin fotoqrafı Elçin Murad istinadsız olaraq foto paylaşan şəxslərin məhkəməyə cəlb edilməli olduğunu deyir:

Belə hal çox yaşanıb, etiraz da etmişəm. Hətta işlədiyim orqanın loqosunu belə şəkildən silib istinadsız verən saytlar olur. Onu da deyim ki,  əcnəbi ölkələrdə belə hallar artıq məhkəmə predmetinə çevrilir, əqli mülkiyyət hüququnun pozulması kimi dəyərləndirilir. Hər bir şəkil, müəllifin əqli mülkiyyətidir heç kim onu mənimsəyə bilməz. Bizdə də bu məsələ məhkəmə predmetinə çevrilsə, daha yaxşı olar”.

 

“Azvision.az” saytının fotoqrafı Şahin Sərdarov istinadsız paylaşılan şəkillərə etiraz etməyin mənasız olduğunu deyir:

 

“İstinad olmadan paylaşılan şəkillərlə demək olar ki, tez-tez rastlaşırıq. Adətən tədbirlərdə çəkilən şəkilləri digər saytlar bözləri üçün götürüb, loqonu kəsib istifadə edirlər. Ya da hansısa hadisə yerində eksklüziv foto çəkirsən, digər sayt və ya şəxslər götürüb fotoistinad olmadan paylaşırlar. Şəxsən mən heç vaxt belə hallar üçün etiraz etməmişəm. Onsuz da loqonu kəsib istifadə etdikləri şəklin originalı məndədir, onlar zəif keyfiyyətlə paylaşırlar. Tədbir olanda heç kimi şəkilsiz qoymuram. Oğurluq etməksdənsə, mənə müraciət etməkləri daha yaxşı olar. Amma həmkarlarımın çoxunun bu hala etiraz etməsi ilə çox qarşılaşıram”.

 

“Trend” informasiya agentliyinin fotoqrafı Zaur Mustafayev bəzən istinad üçün ona müraciət edildiyini deyir:

“Düzdür, bir neçə dəfə olub ki, mənə məxsus fotoları paylaşıblar. Amma həmin sayt və və ya şəxslərə deməmişəm ki, istinad edin. Elə hal olur ki, mənə məxsus fotonu istinadla paylaşmaq üçün müraciət edirlər. Təbii olaraq mən də deyirəm ki, istinad edə bilərlər”.

 

“Publika.az” saytının fotoqrafı Pərviz Həşimi bəzən fotostinad olmadığı üçün mübahisə etdiyini də deyir:

“Dəfələrlə mənə məxsus şəkillərin istinad edilmədən paylaşılmasının şahidi olmuşam. Mən sayta fotoları verəndə əksər hallarda fotonun üzərinə logo vurmuram, yazı formasında altdan yazırlar. Əsas saytın xırda formada loqosunu fotonun kənarına vururlar ki, fikir loqoya yox fotoya yönəlsin. Mənim çəkdiyim əksər fotoları istifadə ediblər və adımı yazmayıblar. Tədbir fotolarına bir söz deməmişəm, amma bəzi çəkdiyim maraqlı fotolara mütləq öz loqomu vurmuşam və kəsib paylaşanda isə onlarla mübahisə etmişəm. Həmin fotonu çəkmək üçün biz əziyyət çəkirik. Fotoqrafıya elə bir sənətdir ki, 1000 işarədən ibarət bir yazını 1 foto ilə əvəz etmək olar. Və bunun üçün biz həqiqətən də əziyyət çəkirik”.

 

“Unikal.org” saytının fotoqrafı Müzəffər İsmayılov ona məxsus şəkillərin nəinki saytlarda hətta kitabda belə icazəsiz və istinadsız yayımlandığını deyir:

 

“ İki il sırf təbiət fotolarının çəkilişi ilə məşğul olmuşam. Və çəkdiyim fotolardan sosial şəbəkələrdə daha çox istifadə etdiklərini görmüşəm.Təbii ki, əksər hallarda icazəsiz. Sayt məsələsində isə dediyiniz kimi istinadsız olduğu üçün istifadə etsələr belə xəbərim olmayıb. Hətta İvanovka kəndi ilə bağlı çəkdiyim təbiət fotolarından bir kitabda istifadə ediblər. Kitab bütünlüklə mənim çəkdiyim təbiət fotolarından ibarətdir. Amma nəinki icazə almaq , heç məlumat belə verməyiblər. Bununla bağlı çoxu zaman etiraz edəndə qarşı tərəfin loru dildə desək "minnət-sünnət" taktikası işə düşüb deyirlər ki, “siz hələ sevinin ki,sizin fotonu paylaşmışıq”. Zənnimcə şəkillərin istinad olmadan paylaşılmasına səbəb rəhbərlikdə və insanların təfəkküründədir. Rəhbərlik öz işçisindən müəllifi qeyd etməyi, işçilər də öz növbəsində qarşısındakı insanın zəhmətinə hörmət etməyi bacarsa nə fotoqraflara qarşı belə hal yaşanar, nə də belə mövzuya toxunmağa ehtiyac qalar”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezidentdən 13400 nəfəri sevindirəcək SƏRƏNCAM 31 mart 2020, 11:22 “Topal” ləqəbli narkotacir saxlanılıb 31 mart 2020, 11:21 MSK-ya maliyyə hesabatı verən siyasi partiyalar - SİYAHI 31 mart 2020, 11:10 Azərbaycan nefti hazırda bu qiymətə satılır 31 mart 2020, 11:03 Binəqədidə 3 ədəd yeni müasir dərman səpən aparat alınıb - FOTO 31 mart 2020, 11:00 Dövlət krediti olanlara belə dəstək olacaq 31 mart 2020, 10:54 Xarici İşlər Nazirliyi “soyqırımı bəyanatı” verdi 31 mart 2020, 10:48 Ceyhun Bayramov prorektoru işdən çıxardı 31 mart 2020, 10:45 İnsan özünə ya həkimdir, ya qənim 31 mart 2020, 10:40 Aprel döyüşlərində şəhid olan Milli Qəhrəmanın DOĞUM GÜNÜDÜR 31 mart 2020, 10:35 “Koroğlu”-“28 May” xəttinə 18 metrlik avtobuslar ÇIXARILDI 31 mart 2020, 10:30 BMT Təhlükəsizlik Şurası maya qədər videokonfrans rejimində çalışacaq 31 mart 2020, 10:24 Milli Məclis sədrinin köməkçisi vəzifəsindən azad edildi 31 mart 2020, 10:19 Neftin qiyməti bahalaşır 31 mart 2020, 10:11 Pandemiyadan zərər çəkən sektorlar müəyyənləşdirilib - 12 sahəyə dəstək veriləcək 31 mart 2020, 10:03 İlham Əliyevdən soyqırımı paylaşımı 31 mart 2020, 09:59 ABŞ-da koronavirusdan ilk hərbçi öldü 31 mart 2020, 09:53 Qazaxda olan son vəziyyətlə bağlı deputatdan AÇIQLAMA 31 mart 2020, 09:48 Lerikli sahibkardan örnək addım - Rayonda karantində olanlar üçün inək kəsdi 31 mart 2020, 09:42 “Uğurlu siyasət nəticəsində Dağlıq Qarabağ tezliklə işğaldan azad olunacaq” - Millət vəkili 31 mart 2020, 09:36 Dollar və manatın bugünkü məzənnəsi 31 mart 2020, 09:30 Ermənilərin Qafqazda törətdikləri qırğın və talanlar 31 mart 2020, 09:24 Cəbhədə gərginlik səngimir: atəşkəs 22 dəfə pozulub 31 mart 2020, 09:17 100 yaşlı Nənəxanım nənə: “Camaatı yığdılar məscidə, od vurub yandırdılar” - Zəngəzur HADİSƏLƏRİ 31 mart 2020, 09:11 ABŞ koronavirusa təslim olur - Bir gündə 20 min yoluxma, 600-ə yaxın ölüm 31 mart 2020, 09:04 Dünənki təxribat zamanı Ermənistanın iki hərbçisi yaralanıb 31 mart 2020, 08:39 Vaşinqtonda yaşayan azərbaycanlı jurnalist: “Amerikalılar azərbaycanlılardan fərqli olaraq qaydalara əməl edir” - MÜSAHİBƏ 31 mart 2020, 08:16 Koronavirusla bağlı SON STATİSTİKA - 200-cü ölkə, 784 min yoluxma, 37 min ölüm 31 mart 2020, 04:10 Merkel koronavirusa görə üçüncü dəfə test verdi 31 mart 2020, 00:53 ABŞ-da 153 min insan koronavirusa yoluxdu 31 mart 2020, 00:43 Bu gündən Azərbaycanda küçəyə çıxmaq MƏHDUDLAŞDIRILIR 31 mart 2020, 00:31 Mehriban Əliyevadan soyqırımı paylaşımı 31 mart 2020, 00:21 İranda koronavirusa qarşı dərman hazırlandı 31 mart 2020, 00:09 31 mart Soyqırımı - 1 milyonadək azərbaycanlı məhv edilib 31 mart 2020, 00:00 27 polis koronavirusa yoluxdu 30 mart 2020, 23:56