Arxiv
24 Fevral 2020, 10:56 | AKTUAL
Los Anceles radiosunda Xocalı həqiqətlərindən danışılıb

ABŞ-ın Los Anceles şəhərində fəaliyyət göstərən tanınmış “Environmental Directions” radio proqramının dəvətilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Xocalı soyqırımına dair sözügedən proqrama müsahibə verib.

 

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Modern.az bildirilib ki, müsahibədə N. Ağayev ilk öncə Qarabağın əzəli Azərbaycan torpağı olması, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə ətraflı danışaraq, BMT Təhlükəsizlik Şurası tərəfindən bu işğalı pisləyən dörd qətnamənin qəbul edilməsinə baxmayaraq, Ermənistanın hələ də bu qətnamələrə və dünya birliyinin iradəsinə məhəl qoymadığını qeyd edib.

 

Daha sonra Xocalı soyqırımı barədə geniş məlumat verən diplomat, bu cinayəti törədənlərin hələ də cəzasız qaldıqlarını diqqətə çatdırıb. Baş konsul bildirib ki, ermənilər nə qədər Xocalı soyqırımını inkar etsə də, faktları dəyişdirmək mümkün deyil. N.Ağayev bu səpkidə Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın Xocalı qətliamına dair etdiyi etirafı diqqətə çatdırıb.

 

N.Ağayev 2008-ci ildən bəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında “Xocalıya Ədalət” beynəlxalq kompaniyası çərçivəsində görülmüş işlər sayəsində Xocalı soyqırmının beynəlxalq səviyyədə tanınması istiqamətində mühüm addımlar atıldığını vurğulayıb. Diplomat bu səpkidə artıq 10-dan artıq dövlətin və ABŞ-ın 23 ştatının Xocalı qətliamını tanıdığını və rəsmi şəkildə pislədiyini vurğulayıb. Bundan başqa o, ABŞ-da Xocalı soyqırımına dair amerikalı müəlliflər tərəfindən iki kitabın nəşr edildiyini, çoxlu sayda məqalələrin dərc olunduğunu, 2017-ci ildə Los Anceles şəhərində amerikalı kinematoqraflar tərəfindən “Zülmətdən Qaçarkən” (Running from the Darkness) sənədli filminin istehsal olunduğunu qeyd edib.

 

N. Ağayev müxtəlif dinlərin dinc, yanaşı yaşadığı Azərbaycandan fərqli olaraq, Ermənistanın bu gün monoetnik və təkdinli dövlətə çevrildiyini, qeyri-tolerantlığın, Azərbaycan düşmənçilyi (azərbaycanofobiya), eləcə də anti-semitizmin gücləndiyini, hətta ABŞ-ın Anti-Defamasiya Liqasının rəy sorğusuna görə anti-semitizimin səviyyəsinə görə (58%) Ermənistanın Avropada ikinci, dünyada isə Yaxın Şərq və Şimali Afrika xaricində üçüncü dövlət olduğunu söyləyib. Vurğulanıb ki, Nasist Almaniyası ilə əməkdaşlıq etmiş Qaregin Njde Ermənistanda milli qəhrəman hesab olunur və Yerevanın mərkəzində abidəsi ucaldılıb.

 

Sonda baş konsul Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin bu gün çətin bir bölgədə sabitlik və rifah adasına çevrildiyini və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində səylərin əzmlə davam etdirildiyini diqqətə çatdırıb.

 

Qeyd edək ki, 1977-ci ildə yaradılan həftəlik radio proqramın aparıcısı üç dəfə Emmi mükafatına namizəd olmuş, məşhur jurnalist Nensi Perlmandır (Nancy Pearlman). Proqram Kaliforniya və ABŞ-ın digər qərb ştatlarında müxtəlif radio kanalları vasitəsilə geniş yayımlanır. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirusla bağlı nikbin proqnoz 3 Aprel 2020, 00:52 Qeyri-iş günlərinin sayı artırıldı 3 Aprel 2020, 00:29 Gürcüstanda koronavirusa 134 nəfər yoluxub 3 Aprel 2020, 00:11 Dünyanı yenidən bölmək istəyirlər - Prezidentdən İDDİA 3 Aprel 2020, 00:04 Almaniya da Çini geridə qoydu 2 Aprel 2020, 23:50 OPEC+ iclasının gündəmə gəlməsi nefti bahalaşdırdı 2 Aprel 2020, 23:48 ABŞ-da koronavirusdan ölənlərin sayı 5316 nəfərə çatdı 2 Aprel 2020, 23:36 Xalq artisti Rəşad Məcidin şeirlərini ifa edib - VİDEO 2 Aprel 2020, 23:26 Vətəndaşlar iki halda yaşayış yerini İCAZƏSİZ tərk edə biləcək 2 Aprel 2020, 23:14 Fransada daha 471 nəfər koronavirusdan öldü 2 Aprel 2020, 23:02 “Karantin qaydalarını pozanlar barədə ən ciddi tədbirlər görüləcək” - DİN rəsmisi 2 Aprel 2020, 22:51 Daha bir ölkədə virus aşkarlandı 2 Aprel 2020, 22:44 "Avropa İttifaqı Dağlıq Qarabağdakı qondarma seçkiləri tanımır" - Andris Ameriks 2 Aprel 2020, 22:34 Nazir müavini: “Əhali #evdəqalandan internetdən çox istifadə edir” 2 Aprel 2020, 22:17 Koronavirusa yoluxanların sayı 1 milyonu ÖTDÜ 2 Aprel 2020, 22:07 Agentlik sədrindən XƏBƏRDARLIQ: “Yanlış məlumatlar ötürənlər barədə ölçü götürüləcək” 2 Aprel 2020, 22:04 "Ailədə 1 mobil telefon varsa, digər üzvlər üçün də icazə alına bilər" - Ülvi Mehdiyev  2 Aprel 2020, 21:47 Azərbaycanda evdən çıxmaq üçün bu nömrəyə SMS göndərmək lazımdır 2 Aprel 2020, 21:24 “Öz ayağı ilə gələn xəstə az sonra süni nəfəs aparatına qoşulur” -  Almaniyadakı Azərbaycanlı həkimdən HƏYƏCAN TƏBİLİ 2 Aprel 2020, 21:13 Türkiyədə koronavirusdan ölənlərin sayı 356-ya çatdı 2 Aprel 2020, 21:03 Süleyman dayının USTAD DƏRSİ 2 Aprel 2020, 21:01 Müsavat Partiyasında ağır itki 2 Aprel 2020, 20:51 Nazirlər Kabineti yanında Operativ Qərargahın iclası keçirilib 2 Aprel 2020, 20:51 Bu sahələr fasiləsiz işləyəcək - Baş Nazir TƏSDİQLƏDİ 2 Aprel 2020, 20:37 Azərbaycanda yaşayış yerini İCAZƏSİZ tərk etmək olmayacaq - Tarix AÇIQLANDI 2 Aprel 2020, 20:35 Beynəlxalq Türk Akademiyası qədim türk abidələrinin axtarışında 2 Aprel 2020, 20:27 Xüsusi karantin dövründə işə cəlb edilən qurumlarının SİYAHISI AÇIQLANDI 2 Aprel 2020, 20:11 Baş Nazirdən qərar - Dövlət qurumları məhdud sayda işçi cəlb edəcək, onlara əlavə istirahət veriləcək 2 Aprel 2020, 19:58 İran parlamentinin sәdri koronavirusa yoluxub 2 Aprel 2020, 19:54 18 yaşlı tələbənin ölüm səbəbi AÇIQLANDI 2 Aprel 2020, 19:47 Norveç neftin ucuzlaşmasına görə rekord məbləğ İTİRDİ 2 Aprel 2020, 19:41 Ermənistanda koronavirusdan ölənlərin sayı 5-ə çatdı 2 Aprel 2020, 19:25 Şagirdlər üçün “Azərbaycan dili” imtahanı onlayn keçirilə bilər 2 Aprel 2020, 19:11 Azərbaycan yeniyetmə ürəyindən bıçaqlandı 2 Aprel 2020, 19:06 Məleykə Abbaszadə builki qəbul imtahanları ilə bağlı müraciət YAYDI 2 Aprel 2020, 19:00