Modern.az

MSK Azər Qasımlının şikayətini təmin etmədi

MSK Azər Qasımlının şikayətini təmin etmədi

24 Fevral 2020, 20:24

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında17 saylı Yasamal
seçki dairəsindən deputatlığa namizəd Azər Qasımlının müraciətinə baxılıb.

Modern.az xəbər verir ki, məsələ barədə MSK üzvü Tofiq Həsənov məlumat verib. Şikayətçi namizəd Azər Qasımlı  müraciətində bir sıra seçki məntəqələrində qanun pozuntularının olduğunu bildirib. Namizəd  şikayətə iki ədəd disk əlavə edib.

MSK-nın araşdırması zamanı müəyyən olunub ki,  məntəqələrdə qanun pozuntusu aşkar edilməyib.


Qərar komissiyanın ekspert qrupunun rəyi ilə  qəbul edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir