Arxiv
25 Fevral 2020, 00:21 | AKTUAL
"Rövşənin öldürdüyü" deyilən qətllərin arxasından bu ad çıxdı

Rusiya kriminalı yeni hesablaşma ərəfəsindədir. Bu dəfə səbəb iki “Xaç atası”nın - "Yaponçik" ləqəbli Vyaçeslav İvankovun və Aslan Usoyanın (Ded Xasan) qətli ilə bağlıdır.

Modern.az Musavat.com-a istinadla xəbər verir ki, hər iki qətlin arxasındakı adamın "Merab Suxumski" kimi tanınan gürcü qanuni oğru Merab Canqveladze olduğu üzə çıxıb. Oğru dünyasının generalı sayılan Merab bu yaxınlarda 10 ilik həbsdən çıxan və İspaniyaya ekstradisiya olunan Tariel Onianin (Taro) sağ əlidir və həm Yaponçikin, həm də Ded Xasanın düşmənlərindən sayılırdı.

Məlumdur ki, hazırda həbsdə olan "Şakro" kimi tanınan Zaxari Kalaşov İspaniyadakı cəzasını başa vurub qayıdandan sonra Ded Xasanın və Yaponçikin məzarlarını ziyarət etmişdi. Şakro məzarlıqda and içmişdi ki, onların qatillərini bağışlamayacaq.

Rusiya saytları yazır ki, Ded Xasanın qətlinin günahkarı kimi konkret ad çəkilməsə də, klan o zaman həbsdə olan Tarodan və Merab Suxumskidən şübhələnirdi. Amma Ded Xasan klanının qara siyahısında oğru dünyasının əsas simalarından olan mərhum Rövşən Canıyevin də (Rövşən Lənkəranski) adı vardı.

Merab Canqveladze Rövşən Lənkəranskiyə yaxın adam kimi tanınıb. Onun qardaşı Levan Suxumi klanının “beyni” hesab olunurdu. Amma iddia olunurdu ki, Canqveladzelər son illər Lənkəranski ilə yaxınlıq etməyiblər. Ded Xasanın ölümündən sonra isə Suxumskilər Lənkəranskiyə dönük çıxıblar. Hətta Merab Dedin tərəfdarları ilə anlaşmağa çalışıb. Canqveladzenin qardaşı - Levan Canqveladzenin isə Moskva bazarlara nəzarətlə bağlı “razborka”ların birində Lənkəranskini bıçaqlaması barədə də iddialar vardı.

Kriminal aləmin ən odioz fiqurlarından olan Merab Suxumski haqda məlumatlar çox azdır. Suxumski haqqında məlumatın niyə çox az olduğunu onunla bağlı Yutubda olan qısa videodan anlamaq mümkündür. "Merab Suxumskidən master-klass" başlıqlı həmin süjetdə istintaqçının ona hətta ad və soyadı ilə bağlı verdiyi suallar cavabsız qalır. "Master-klass" oğru dünyasında "görməmişəm, eşitməmişəm, bilmirəm" sözlərini ehtiva edir.

Merab Canqveladze 1962-ci ilin noyabr ayının 20-də Suxumidə anadan olub. "Qanuni oğru" adını gənc yaşlarında alıb. Kriminal aləmdə onun ailəsini təmsil edən kiçik qardaşı Levan 1975-ci il təvəllüdlüdür.

Yaponçiklə uzun illər qarşıdurmada olan Merab 2009-cu il iyulun 28-də avtoritetə olan sui-qəsddə əsas şübhəli kimi tanınıb. Yaponçik tərəfdarları iddia edirdilər ki, sui-qəsdin sifarişçiləri arasında Lənkəranski ilə yanaşı Merab da var. Ded Xasanın qətlindən sonra da Suxumski və Lənkəranskinin adları sifarişçilər siyahısında birgə hallanıb.

Yaponçikin öldürülməsindən sonra Suxumskinin Ded Xasanla münasibətləri daha da pisləşir. 2010-cu ildə Usoyan Moskvada 50 nəfər qanuni oğrunun iştirakı ilə Merab Suxumskinin "şəxsi işinə" baxılması üçün "sxodka" çağırıb. Nəticədə Merab "oğru" adından məhrum edilib.

Rusiya saytları yazır ki, Yaponçikin qətlinin sifarişçisi də artıq məlumdur. Bu, mafiya ilə sıx ilişgiləri olan İlya Simoniyadır. "Maxo" ləqəbi ilə tanın İlya Simoniya 2019-cu ildə Merabın dəstəyi ilə qanuni oğru titulunu özünə qaytarıb. Hazırda onun tutulması üçün ittiham aktı hazırlanır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təhsil nazirinin müşaviri teledərslərdən yazdı: "Azərbaycan  öz zəngin təcrübəsini bölüşə bilər" 7 Aprel 2020, 01:03 Türkiyədə yaşayan azərbaycanlı alim vəfat etdi 7 Aprel 2020, 00:52 İsraildə bayram müddətində karantin elan edildi 7 Aprel 2020, 00:46 Daha bir ölkədə koronavirus aşkarlandı - 4 nəfər yoluxdu 7 Aprel 2020, 00:34 Ağdaban faciəsindən 28 il ötür 7 Aprel 2020, 00:16 Komitə sədri əhaliyə müraciət etdi: Hər şeydən vacib ailədaxili mühiti sahmana salmaqdır 7 Aprel 2020, 00:07 ARB-yə yeni direktor TƏYİN OLUNDU 6 Aprel 2020, 23:51 Koronavirusa yoluxan Baş nazir reanimasiyaya yerləşdirildi 6 Aprel 2020, 23:42 İstanbulda iki pandemiya xəstəxanası tikiləcək 6 Aprel 2020, 23:30 “Barselona”nın sabıq məşqçisi öldü 6 Aprel 2020, 23:16 Fransada koronavirusdan bir gündə 800 nəfər öldü 6 Aprel 2020, 22:58 Bakıda yolu keçən qadını avtomobil vurdu 6 Aprel 2020, 22:43 Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi 6 Aprel 2020, 22:30 Koronavirus: mif və reallıqlar 6 Aprel 2020, 22:19 Aprelin 8-dən 7 bank faisziz krediti verəcək 6 Aprel 2020, 22:06 ABŞ-da  COVID-19-dan 10 335 nəfər öldü 6 Aprel 2020, 21:43 Neftçalada ata və oğlunun suda batma səbəbi bilindi - YENİLƏNİB 6 Aprel 2020, 21:27 Türkiyədə koronavirus qurbanlarının sayı 649-a çatdı 6 Aprel 2020, 21:15 Rusiya Ümumdünya Səhiyyə Təşkilatına 1 milyon dollar ayırdı 6 Aprel 2020, 20:57 “Prezidentimizin siyasətində millətimizin sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı hər şeydən üstündür” - Musa Qasımlı 6 Aprel 2020, 20:44 Deputat Kamal Cəfərov CANLI YAYIMda sualları cavablandırır 6 Aprel 2020, 20:28 Nazirlik pandemiyadan zərər çəkən sahibkarlarla bağlı atılacaq addımları AÇIQLADI 6 Aprel 2020, 20:22 “Bu humanist addımdan əfv olunanlar nəticə çıxaracaqlar” - Deputat 6 Aprel 2020, 20:21 Dövlət Komitəsi əhaliyə pulsuz tibbi maskalar payladı - FOTO   6 Aprel 2020, 20:14 “Azərbaycanda un təchizatı ilə bağlı heç bir problem yoxdur!” - RƏSMİ 6 Aprel 2020, 19:57 Adil Əliyev: “Prezidentin göstərişi ilə çox vacib bir məsələ qısa zamanda həllini tapdı”  6 Aprel 2020, 19:50 Ailələrə verilmiş uşaqların internat müəssisələrinə geri qayıdışı dayandırılıb - Ombudsman 6 Aprel 2020, 19:40 İnanaq ki, onlar bir daha həbsxanaya geri qayıtmayacaq - ÜÇ DEPUTAT 6 Aprel 2020, 19:31 Baş həkim: “Lerikdə koronavirusa yoluxan yoxdur” 6 Aprel 2020, 19:10 Ermənistanda 6 polis koronavirusa yoluxdu 6 Aprel 2020, 19:02 Müavinət və pensiyaları bütün bankomatlardan komissiyasız nağdlaşdırmaq mümkün oldu 6 Aprel 2020, 18:57 “Bəzi işbazların bu hərəkətlərə yol verməməsinə çalışmalıyıq” - Sabir Hacıyev 6 Aprel 2020, 18:48 Operativ Qərargahdan xəbərdarlıq - Bəzi baş redaktorlar saxta vəsiqələr verir 6 Aprel 2020, 18:43 “Ölkəmizdə yaranmış tibbi maska qıtlığı aradan qaldırılacaq” - Millət vəkili 6 Aprel 2020, 18:38 "Nar" abunəçilərə səyyar xidmət göstərməyə başladı 6 Aprel 2020, 18:32