Modern.az

Güclü külək Goranboyda fəsadlar törətdi

Güclü külək Goranboyda fəsadlar törətdi

25 Fevral 2020, 15:54

Goranboyda güclü külək fəsadlar törədib.

 

Modern.az xəbər verir ki, güclü külək rayonun Qızılhacılı qəsəbəsində iri gövdəli ağacları aşırıb.

 

Aşağı Ballıqaya kəndində isə kənd sakini Mayıl Məmmədova məxsus evin dam örtüyünün bir hissəsi dağılaraq yarasız hala düşüb.

 

Həmçinin əksər yaşayış məntəqələrinin elektrik verilişi ilə təminatında fasilələr yaranıb (apa).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə İran üçün müharibəyə qoşulur? - ŞOK CAVAB