Modern.az

Sumqayıtda dava düşdü, 2 qardaş bıçaqlandı

Sumqayıtda dava düşdü, 2 qardaş bıçaqlandı

26 Fevral 2020, 10:27

Sumqayıtda bıçaqlanma ilə nəticələnən dava baş verib.

 

Modern.az xəbər verir ki, şəhər ərazisində bir neçə nəfərin iştirakı ilə kütləvi dava qeydə alınıb. Dava sonda qanla nəticələnib. Belə ki, 20-ci məhəllə sakinləri olan 2 qardaş - 1975-ci il təvəllüdlü Məmmədov Valeh Əbülfət oğlu və 1980-ci il təvəllüdlü Məmmədov Ramiz Əbulfət oğlu bıçaqlanıblar. Müxtəlif dərəcəli bıçaq yarası alan qardaşlar xəstəxanaya yerləşdirilib.

 

Hadisəni törədənlərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanıb.

 

Faktla bağlı araşdırma aparılır (apa).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi