Modern.az

İcra Hakimiyyətindən ağac kəsimi ilə bağlı iddialara CAVAB

İcra Hakimiyyətindən ağac kəsimi ilə bağlı iddialara CAVAB

26 Fevral 2020, 10:30

Nizami Rayon İcra Hakimiyyəti rayon ərazisində ağacların kütləvi şəkildə kəsilməsi haqda yayılan məlumatlara münasibət bildirib.

 

Modern.az-a daxil olan məlumatda deyilir ki, sözügedən xəbərlə bağlı yayılan videoda göstərilən ərazi Nizami rayonunun inzibati ərazisinə daxil deyil: 

 

“Eyni zamanda, onu da qeyd edirik ki, məqalədə adı keçən Elşən Süleymanov küçəsində hər hansı bir yaşıllıq sahəsinin hasara alınması, ağacların məhv edilməsi halları qeydə alınmayıb. Bundan əlavə, sosial şəbəkə istifadəçilərinə, bəzi xəbər saytlarına həqiqəti əks etdirməyən məlumatların yayılmaması, dəqiqləşdirilməmiş informasiyalardan istifadə edilməməsi tövsiyə olunur”.

 

Xatırladaq ki, ötən gün bir neçə saytda “Bakının Nizami rayonunda “yaşıl soyqırım”” başlığı ilə yayılan xəbərlərdə sözügedən rayonda kütləvi şəkildə ağacların kəsildiyi iddia edilirdi. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!