Modern.az

Göyçayda 6 otaqlı ev yandı

Göyçayda 6 otaqlı ev yandı

Aktual

27 Fevral 2020, 00:31

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

Modern.az  “Report”a  istinadən  xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Kürdəmiş kəndində qeydə alınıb.

Kənd sakini Şakir Əliyevə məxsus ümumi sahəsi 195 kvadratmetr olan 6 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı ev və içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlər alovun yaxınlıqdakı başqa tikililərə keçməsinin qarşısını alıblar, alov söndürülüb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı