Arxiv
27 Fevral 2020, 09:15 | AKTUAL
Paytaxtın girişində tıxaca son qoyulacaq - FOTO
 

Dövlət başçısının tapşırığına uyğun olaraq, Bakı şəhərinin şimal girişində xüsusən günün pik saatlarında yaşanan tıxac və ləngimələrin aradan qaldırılması, həmçinin fövqaladə hallar zamanı avtonəqliyyat vasitələrinin paytaxta rahat və təhlükəsiz giriş-çıxışı təmin etmək məqsədi ilə hazırlanan və aidiyyəti dövlət qurumları ilə razılaşdırılan layihələr əsasında, genişmiqyaslı yenidənqurma işləri həyata keçirilir.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Modern.az-a verilən məlumata görə yenidənqurma işləri Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından başlayaraq “Masazır dairəsi”nə qədər olan hissəsində və əks istiqamətdə həyata keçirilir.

 

Aparılan yenidənqurma işləri çəçivəsində hazırda magistral yolun Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində mövcud olan süni təpəciklərin sökülməsi ilə yolun hər iki istiqaməti üzrə 1 hərəkət zolağı enində genişləndirilməsi işləri görülür. Anoloji işlər sözügedən ərazidə yerləşən yol ötürücüsündə də aparılır.

 

Körpüdə əlavə svay əsaslı özül üzərində dayaq inşa olunmaqla sağ və sol istiqamətdə əlavə 1 hərəkət hissəsinin yaradılması nəzərdə tutulur.

 

Bundan başqa magistral yolun təqribən 8-ci km-də yerləşən və dəmir yolu üzərində inşa olunmuş yol ötürücüsünün alt hissəsində 2 hərəkət zolaqlı yeni geridönmə hissəsinin yaradılması üçün də hazırlıq işlərinə başlanılır. Yeni yol hissənin yaradılması ilə uzun məsafə qət edib geridönmə əməliyyatını “Xırdalan dairəsi”ndən etməyə lüzum qalmayacaq. Bu isə öz növbəsində “Xırdalan dairəsi” ətrafında yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət mənada təsir edəcək. 

 

Hazırlanmış layihələrə əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7-ci km-də, Bakı Beynəlxalq Avtovağzal kompleksi ilə metronun “Avtovağzal” stansiyası arasındakı ərazidə süni yaradılmış, magistral yolun hərəkət hissəsinin daralmasına səbəb olan “təpəcik” ləğv edilərək yerində sürət-keçid zolağının salınması ilə əsas yolun hərəkət hissəsini genişləndirərək zolaqlarının sayını 4-ə çatdırmaq üçün də işlər aparılır.

 

Eyni zamanda şimal tərəfdən (Sumqayıt istiqamətindən) hərəkət edən avtonəqliyyat vasitələrinin Biləcəri qəsəbəsinə daxil olmaları üçün Bakı Dairəvi-1 avtomobil yolu istiqamətində hərəkət edən nəqliyyat vasitələri ilə bərabər uzun məsafə qət etmədən və ərazidə əlavə sıxlıq yaradılmadan “buta şəkilli adacıq” vasitəsi ilə sola dönmə yeri təşkil olunacaq. Bundan başqa Bakı Beynəlxalq Avtovağzal kompleksinin və “Avtovağzal” metro stansiyasının ərazisindən keçərək yolötürücü vasitəsi ilə Bakı Dairəvi-1 avtomobil yolu istiqamətində hərəkət edən avtomobillərin hərəkət şiddətinin yüksək olduğu üçün həmin ərazinin sağ tərəfi genişləndirilməklə nəqliyyat vasitələrinin hərəkətinin səmərəli təşkili və hərəkət iştirakçılarının təhlükəsizliyi təmin olunacaq.

 

Paytaxtda şimal istiqamətindən giriş-çıxışın təkmilləşdirilməsi məqsədi ilə aparılan genişmiqyaslı tədbirlər çərçivəsində “20 Yanvar” metrostansiyanın “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasının qarşısındakı çıxışını 8-10 metr irəli çəkmək şərti ilə hərəkət hissəsini genişləndirərək əlavə hərəkət zolağının yaradılmasına və daim sağa hərəkətin təmin edilməsinə nail olmaq, bundan başqa  “20 Yanvar”  dairəsinin ölçülərinin dəyişdirilərək “oval” formada, həmçinin keçmiş “velotrek”in qarşısında hərəkət hissəsini genişləndirməklə sağa daimi hərəkətin təşkil edilməsi ilə ərazidə yaşanan sıxlığın aradan qaldırılmasına nail olmaq üçün də işlərə start verilib.

 

Eyni zamanda, Bakı Dairəvi-1avtomobil yolu ilə Badamdar istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin geri dönməsinə şərait yaradılması məqsədilə yerli keçid yollarını birləşdirən mövcud yolötürücüləri vasitəsi ilə geriyədönmə yerinin (avtovağzal istiqamətinə) yaradılması nəzərdə tutulur. Bununla da Yeni Yasamal yaşayış kompleksi və Abbas Mirzə Şərifzadə küçəsi istiqamətində şəhərə daxil olan avtonəqliyyat vasitələrinin uzun məsafə qət edib, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında yerləşən dairədən geri dönmə əməliyyatı yerinə yetirməyə ehtiyac qalmayacaq. Bu isə öz növbəsində Badamdar şossesi istiqamətində yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət təsir edəcək.

 

Xatırladaq ki, dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda “Xırdalan dairəsi” istiqamətində “Masazır dairəsi”nədək yolun, həmçinin “Xırdalan dairəsi”nin altından keçən avtomobil tunelinin hər bir istiqamət üzrə 2 hərəkət zolağı enində genişləndirilməsi işləri də davam etdirilir.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan yenidənqurma işlərinin iyun ayınadək yekunlaşdırılması nəzərdə tutulur.

   
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda tibbi maska istehsalına başlandı - VİDEO 7 Aprel 2020, 13:44 “ASAN Məktub” vasitəsilə 210 nəfərin ehtiyacı təmin edilib 7 Aprel 2020, 13:34 Ermənistanda koronavirusun real miqyası GİZLƏDİLİR 7 Aprel 2020, 13:27 Hökumət deputatlara verilən hesabatda yenilik etdi 7 Aprel 2020, 13:23 Lerikdə meşədə ağac kəsən şəxslər cəzalandı 7 Aprel 2020, 13:16 Parlamentin komitə iclasları videokonfrans sistemi ilə keçiriləcək 7 Aprel 2020, 13:10 Əfv sərəncamının verilməsi humanizmin təntənəsidir 7 Aprel 2020, 13:04 Sabaha olan teledərslərin cədvəli açıqlandı 7 Aprel 2020, 12:58 Regionlara qar yağır: “Meyvə ağaclarına ciddi ziyan dəyəcək” 7 Aprel 2020, 12:52 Yağıntılı hava şəraiti davam edəcək - FAKTİKİ HAVA 7 Aprel 2020, 12:46 İcra başçısı polis rəisi ilə birlikdə postları yoxladı - FOTO 7 Aprel 2020, 12:40 Əfv olunan MTN generalları karantinə götürüldü 7 Aprel 2020, 12:35 Biz birlikdə güclüyük  7 Aprel 2020, 12:29 Kimlər işsiz sayılmır? - RƏSMİ CAVAB 7 Aprel 2020, 12:18 Genefondumuz üçün vacib addımlar atılır - Partiya sədri 7 Aprel 2020, 12:12 QHT Şurası Real TV ilə yeni kampaniyaya başlayır 7 Aprel 2020, 12:06 Sarkisyan Aprel döyüşləri ilə bağlı dindiriləcək 7 Aprel 2020, 12:00 190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - Video 7 Aprel 2020, 11:54 Rusiyada koronaviruslu xəstələrin sayı 7500-ə çatdı 7 Aprel 2020, 11:50 Hacı Əbdüllə bağlı xatirələrim var... 7 Aprel 2020, 11:46 Nazirlik rəsmisi: “Bütün işsiz şəxslərə birdəfəlik ödəniş verilməyəcək 7 Aprel 2020, 11:40 Ermənistanda COVİD-19-a yoluxanların sayı 853-ə çatdı 7 Aprel 2020, 11:36 “Görülən tədbirlərə hər bir vətəndaş dəstək olmalıdır” - Deputat 7 Aprel 2020, 11:35 Karantin qaydalarını pozan 6945 nəfər cəzalandı 7 Aprel 2020, 11:31 Azərbaycan hərçiləri Cənubi Sudanda 7 Aprel 2020, 11:25 Bakıda kirayəhaqqını ödəməkdə çətinlik çəkənlər... 7 Aprel 2020, 11:23 Qadınlara qarşı cibgirlik edən şəxs saxlanıldı - VİDEO 7 Aprel 2020, 11:22 RİİB və Yasamal RİH-dən xeyriyyə aksiyası - FOTO 7 Aprel 2020, 11:17 Mərkəzi Bank bu bankları qalib elan etdi - SİYAHI   7 Aprel 2020, 11:12 Çinin qonşusu olan bu dövlətdə virusdan ölən olmayıb - cəmi 15 yoluxma... 7 Aprel 2020, 11:06 Ombudsmanın təklif etdiyi 10 məhbus da əfv olunub 7 Aprel 2020, 11:00 Ailə üzvlərini yandıran kişi saxlanıldı 7 Aprel 2020, 10:54 Bakıda kişi mağazadan belə oğurluq etdi - VİDEO 7 Aprel 2020, 10:48 BMT baş katibi tibb işçilərinə təşəkkür etdi 7 Aprel 2020, 10:42 Əfv sərəncamı ilə iki ömürlük məhkum azadlığa çıxdı 7 Aprel 2020, 10:36