Arxiv
27 Fevral 2020, 14:06 | AKTUAL
İndoneziya parlamentindən Xocalı soyqırımı BƏYANATI

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar İndoneziya Parlamentinin Nümayəndələr Palatasının 40 üzvü, bir neçə fraksiya rəhbəri daxil olmaqla, Xocalı Soyqırımını qınayan Bəyanat imzalayıblar.

 

Azərbaycanın İndoneziyadakı səfirliyindən Modern.az-a verilən məlumata görə, bəyanatda 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı şəhərinin mülki əhalisinin erməni silahlı qüvvələrinin hücumuna məruz qaldığı, soyqırım nəticəsində 106 qadının, 63 uşağın, 70 yaşlı olmaqla, ümumilikdə 613 nəfərin qətlə yetirildiyi, yüzlərlə insanın ağır yaralandığı və 1275 nəfərin əsir götürüldüyü bildirilib.

 

Habelə, 28 il bundan əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımının günahsız qurbanlarının dərin kədər hissi ilə xatırlandığı və onların ailələrinə başsağlığı verildiyi, Xocalı faciəsi zamanı həyatlarını itirmiş insanların ailə üzvlərinin kədərlərini bölüşdükləri qeyd olunub.

 

Gələcəkdə dünyanın heç bir yerində bir daha insanlığa qarşı yönəldilmiş bu cür cinayətlərin baş verməməsi naminə, Azərbaycan xalqı ilə həmrəylik ifadə edilib, Xocalıda həyatlarını itirmiş insanların xatirəsinin yad edilməsinin və Xocalıda törədilmiş dəhşətli cinayətin xatırlanmasının vacib hesab edildiyi vurğulanıb.

 

O cümlədən, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, dövlətlər və hökumətlər, beynəlxalq insan hüquqları müdafiəçiləri, dini icmalar və digər aidiyyəti beynəlxalq institutlar erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərindəki mülki azərbaycanlı əhaliyə qarşı insan hüquqlarının pozulmasını, zülmün, vəhşiliyin və digər cinayət əməllərinin törədildiyi Xocalı soyqırımını sərt şəkildə qınamağa, həmçinin Ermənistan-Azərbaycan Dağlı Qarabağ münaqişəsinə layiqli hüquqi qiymət verməyə dəvət edilib.

 

İndoneziya Respublikası Nümayəndələr Palatasının üzvləri hər kəsi Xocalı soyqırımını hər il yad edərək, onların xatirəsini əbədiləşdirmək təşəbbüsünü irəli sürüblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezidentinin oğlu koronavirusa yoluxdu 9 Aprel 2020, 00:16 Koronavirusla mübarizə üçün Ukraynaya 190 milyon avro ayırıldı 9 Aprel 2020, 00:03 Bu gün 3018 nəfər koronavirus testindən keçirilib - TƏBİB 8 Aprel 2020, 23:46 Neft 34 dollaradək bahalaşdı 8 Aprel 2020, 23:28 Yaponiyada COVİD-19 ilə bağlı rekord göstərici qeydə alındı 8 Aprel 2020, 23:15 Əkrəm İmamoğlunu ölümlə hədələyən şəxs tutuldu 8 Aprel 2020, 22:59 Bu ölkədə 4072 nəfər koronavirusa yoluxdu 8 Aprel 2020, 22:44 Azərbaycanlı diaspor rəhbəri koronavirusa yoluxdu 8 Aprel 2020, 22:27 Koronavirusla bağlı daha bir kəşfiyyat məlumatı üzə çıxdı 8 Aprel 2020, 22:14 ABŞ-da koronavirusa yoluxanların sayı 401 166 nəfərə çatdı 8 Aprel 2020, 22:01 Qənirə Paşayevanın seçicilərinə 3 min maska hədiyyə edildi 8 Aprel 2020, 21:55 Göyçayda üç avtomobil toqquşdu: xəsarət alanlar var 8 Aprel 2020, 21:45 Heydər Əliyev Mərkəzindən İtaliyaya həmrəylik nümayişi 8 Aprel 2020, 21:33 Türkiyədə koronavirusdan ölənlərin sayı 812-yə çatdı 8 Aprel 2020, 21:16 İtaliyada koronavirusdan REKORD sayda sağalma 8 Aprel 2020, 20:59 Britaniyada daha 938 nəfər koronavirusdan öldü 8 Aprel 2020, 20:45 İrandan koronavirusla mübarizədə dəstəyə görə Azərbaycana təşəkkür 8 Aprel 2020, 20:29 Koronavirusa görə GPS peykinin buraxılışını təxirə salındı 8 Aprel 2020, 20:17 Siyasətçi bu səbəbdən prezident olmayacaq 8 Aprel 2020, 20:01 ÜST: Koronavirusun nə zaman bitəcəyini bilmirik 8 Aprel 2020, 19:50 Bakıda “Toyota” ilə “KamAZ” toqquşub:  yaralanan var 8 Aprel 2020, 19:41 “AzərGold” xaricə qızıl satışını dayandırıb 8 Aprel 2020, 19:33 Şəxsiyyət vəsiqəsinin müddəti bitən şəxslərin NƏZƏRİNƏ 8 Aprel 2020, 19:25 Nazirlər Kabinetinin rəsmisi: “Adamlara pul paylansa, daha çox insan işsiz qalacaq” 8 Aprel 2020, 19:17 Maliyyə yardımı kimlərə şamil olunacaq? - Nazir: “Minimal məbləğ 250 manat...” 8 Aprel 2020, 19:11 İbrahim Məmmədov: “Düşmən ölkələr koronavirusla bağlı şayiələr yayırlar” 8 Aprel 2020, 19:01 Azərbsaycanda 82 yaşlı şəxs koronavirusdan sağalıb 8 Aprel 2020, 18:53 Azərbaycanda koronavirusa yoluxma ilə bağlı qırmızı zona yoxdur – Operativ Qərargah 8 Aprel 2020, 18:51 İşdən çıxarılan məmur baş naziri sərt tənqid etdi 8 Aprel 2020, 18:46 UNEC aliminin koronavirus barədə araşdırması apardı 8 Aprel 2020, 18:38 Bakıda piyadanı vurub öldürən sürücü tutuldu 8 Aprel 2020, 18:31 Dövlət Agentliyindən icaze.e-gov.az portalı ilə bağlı XƏBƏRDARLIQ 8 Aprel 2020, 18:28 Ağır xəstələrin rayondan Bakıya gətirilməsinə icazə verilir – Operativ Qərargah 8 Aprel 2020, 18:25 BMU-da tədrisin məsafədən təşkili üzrə göstəricilər 8 Aprel 2020, 18:22 İran parlamenti karantin müddətini uzatmayıb 8 Aprel 2020, 18:18