Arxiv
27 Fevral 2020, 18:48 | ÖLKƏ
Partiyalar hökumətdən ofis istəyib – Pənah Hüseynin PA-dakı görüşünün sirrləri

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn sosial şəbəkə hesabında bu gün Prezident Administrasiyasında görüşə çağırıldığını qeyd edib. 

 

O, Administrasiyanın siyasi partiyalar və qanunverici hakimiyyətlə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə müzakirə aparıldığını vurğulayıb. Həmçinin partiya sədri bildirib ki, görüş bir neçə siyasi partiya ilə birgə siyasi partiya və dövlət münasibətləri, ofis və s. məsələlərlə əlaqədar əvvəllər etdikləri müraciətlə bağlı olub.

 

Pənah Hüseyn Modern.az-a açıqlamasında bildirib ki, həmin müraciət bir neçə ay əvvəl Azərbaycan Milli İstiqlal Partiyası, Ağ Partiya və Böyük Azərbaycan Partiyası adından ünvanlanıb. Onun sözlərinə görə, həmin partiyaların da bu görüş haqqında məlumatı var.

 

Məsələ haqqında adları çəkilən siyasi partiyaların da mövqeyini öyrənməyə çalışdıq.

 

AMİP-in vasitəçiliyə ehtiyacı yoxdur...

 

Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu bildirdi ki, Azərbaycan Milli İstiqlal Partiyasının hansısa məsələni hökumətlə müzakirə etmək üçün vasitəçiyə ehtiyacı yoxdur:

 

“Partiyamız Pənah Hüseynə təmsilçilik üçün hər hansı vəkalət verməyib və üzərinə hansısa missiya qoymayıb.  Belə bir şey olsaydı, partiyanın kollegial qurumlarında, məlumat verilərdi.

Amma ümumi olaraq, ölkədə siyasi partiyaların vəziyyəti, siyasi proseslərlə əlaqədar müzakirə aparıbsa, bu müsbət addım olar”.

  

Siyasi partiyaların qərargahı yoxdur və dövlət bunu təmin etməlidir...

 

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə birgə müraciət olunduğunu təsdiqləyib. Onun sözlərinə görə,  seçkilərdən öncə adıçəkilən 4 partiyanın birgə əməkdaşlığı mövcud idi:

 

“Pənah bəy mənə zəng edib, görüşə çağırıldığını bildirdi. Hələlik görüşün təfərrüatları barədə geniş söhbət etməmişik.

Prezident Administrasiyasında yaradılan yeni şöbənin işi siyasi təşkilatlarla əlaqələrin qurulmasıdır. Bu baxımdan, müraciətimizin də planda olduğunu düşünürəm.

Adları çəkilən siyasi partiyaların qərargahı yoxdur və dövlət bunu təmin etməlidir. Ona görə belə bir görüşün keçirilməsi normaldır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ölkədə də virusa yoluxanların sayı 100 mini ötdü 6 Aprel 2020, 01:28 Koronavirusa yoluxan Boris Conson xəstəxanaya yerləşdirildi 6 Aprel 2020, 00:59 "İctimai Qərargah ictimai sektorun  potensialını tam səfərbər edəcək" - Azay Quliyev 6 Aprel 2020, 00:51 Azərbaycanda koronavirusa yoluxanlar arasında 2-3 yaşlı uşaq da var - RƏSMİ 6 Aprel 2020, 00:43 “Koronavirusa bir yoluxma 30, bəzən isə 60 insanı yoluxdurur”  - Ramin Bayramlı  6 Aprel 2020, 00:36 SMS müraciətlərinə cavab bu səbəbdən gecikir - RƏSMİ 6 Aprel 2020, 00:21 "Ölkənin internetə artan tələbatını təmin edəcəyik" - Elmir Vəlizadə 6 Aprel 2020, 00:04 Fransada 8078  nəfər koronavirusun qurbanı oldu 5 Aprel 2020, 23:46 Türkiyədəki azərbaycanlılarla bağlı son vəziyyət belədir – JURNALİST MƏHSƏTİ ŞƏRİFLƏ MÜSAHİBƏ 5 Aprel 2020, 23:29 Deputatdan çağırış: “Səbir edək ki, sabahımız dünənimizdən daha yaxşı olsun” - VİDEO 5 Aprel 2020, 23:05 Koronavirus dünyada  62 784 can aldı 5 Aprel 2020, 22:47 Gəncədə kişi naməlum şəxs tərəfindən bıçaqlandı 5 Aprel 2020, 22:33 Azərbaycanda daha 3080 nəfər koronavirusla bağlı test edildi - FOTO 5 Aprel 2020, 22:23 Ziyad Səmədzadə karantinə alınmayıb - Deputatın köməkçisi danışdı 5 Aprel 2020, 22:00 Ermənistanda 822 nəfər COVID-19-a yoluxdu 5 Aprel 2020, 21:46 Bu ölkədə virusa yoluxan azərbaycanlı sağaldı 5 Aprel 2020, 21:31 Türkiyədə koronovirusdan ölü sayı 574-ə çatdı 5 Aprel 2020, 21:14 UNEC tələbələrindən Prezidentin çağırışına dəstək: “Biz birlikdə güclüyük!” - VİDEO 5 Aprel 2020, 21:10 İtaliyada koronavirusdan ölənlərin sayı 15 887 nəfərə çatdı 5 Aprel 2020, 20:58 Azərbaycanın bu rayonunda maskalar pulsuz paylanacaq 5 Aprel 2020, 20:44 Bu ölkədə bir sutkada 674 nəfər koronavirusdan öldü 5 Aprel 2020, 20:30 Gürcüstanda koronavirusa yoluxanların sayı artdı 5 Aprel 2020, 20:27 Fəzail Ağamalı qarət olmasından DANIŞDI 5 Aprel 2020, 20:22 AMEA karantin rejimində necə İŞLƏYİR? 5 Aprel 2020, 20:16 Teledərslərin sabahkı cədvəli AÇIQLANDI 5 Aprel 2020, 20:15 Gəncədə həyat yoldaşını yandıran şəxs saxlanıldı - TƏFƏRRÜAT 5 Aprel 2020, 20:04 Azərbaycanda koronavirusdan daha 2 şəxs vəfat etdi 5 Aprel 2020, 19:33 Koronavirusa yoluxan keçmiş Baş Nazir öldü 5 Aprel 2020, 19:07 “Təcili tədbir görülməsə, yoluxmalar daha da artacaq!” - Karantin həkimindən HƏYACAN TƏBİLİ 5 Aprel 2020, 18:40 Koronavirus Bakı küçələrini boş qoyub - FOTOLAR 5 Aprel 2020, 18:04 Çində koronavirusun ikinci dalğası başladı – KARANTİN 5 Aprel 2020, 17:47 Bu ölkə məscidləri bağlayır - Fətva verildi 5 Aprel 2020, 17:41 ASAN-dan tövsiyə: SMS müraciətlərini  1 saat öncədən həyata keçirsinlər 5 Aprel 2020, 17:39 Hollandiyada bir gündə 1224 nəfər koronavirusa yoluxub, 115-i ölüb 5 Aprel 2020, 17:24 Türkiyə vaksinin ilk sınağını keçirdi  5 Aprel 2020, 17:10