Modern.az

Rusiya 33 türk hərbçisinin ölümünü ŞƏRH ETDİ

Rusiya 33 türk hərbçisinin ölümünü ŞƏRH ETDİ

Dünya

28 Fevral 2020, 11:05

Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Suriyanın İdlib vilayətində baş verən hadisələrə reaksiya verib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, rəsmi məlumatda fevralın 27-dən başlayaraq “Hayat-Təhrir-əş-Şam” qruplaşmasının bütün cəbhə boyu hücuma keçdiyini söyləyib.

 

“Son sutkalar ərzində Türkiyə ordusunun terrorçularlas döyüş bölgəsində mövqelərinin koordinatları soruşulub”.

 

Rusiya tərəfi Behun yaşayış məntəqəsi uğrunda döyüş zamanı Suriya aviasiyasının zərbələrinin bir hissəsinin terrorçu qruplaşmaların mövqeyinə endirildiyini təsdiqləyib. Amma bu barədə məlumat alınan kimi ölü və yaralı hərbçilərin Türkiyəyə aparılması üçün koridor yaradılıb və atəş dayandırılıb.  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü