Modern.az

ABŞ Konqresi üzvündən Xocalı BƏYANATI

ABŞ Konqresi üzvündən Xocalı BƏYANATI

29 Fevral 2020, 09:39

26 fevral 2020-ci il tarixində ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupunun həmsədri, Konqresin Xarici Məsələlər Komitəsini üzvü Konqresmen Stiv Şabot (Steve Chabot) Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib.

 

Azərbaycanın ABŞ-daki səfirliyindən Modern.az-a verilən məlumata görə, konqres üzvü S.Şabot Konqresin gündəliyində qeydə alınmış bu bəyanatı verməklə yanaşı, 26 fevral 2020-ci il tarixində Xocalı qətliamının 28-ci ildönümü ilə bağlı ABŞ Konqresində Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsinin dinləmə zalında keçirilmiş anım tədbirində də iştirak edib.

 

Konqres üzvü Ermənistan-Azərbaycan münaqişəsinin ən qara fəsli adlandırdığı Xocalı qətliamının qurbanlarını dərin hüznlə yad edib və bildirib ki, 1991-ci ilin payızında Erməni və Sovet qüvvələri Dağlıq-Qarabağ bölgəsinin Xocalı şəhərini mühasirəyə almağa başlamış, şəhəri bombaladıqdan sonra Fevralın 25-dən 26-na keçən gecə qüvvələr hücuma keçmiş, qadınlar, uşaqlar və yaşlı insanlar daxil olmaqla 600 günahsız Azərbaycanlını qətlə yetiriblər. Yüzlərlə insan əlil qalıb.

Human Rights Watch təşkilatının 1992-ci il hesabatına istinad edən Konqres üzvü qeyd edib ki, şəhərdən qaçan əhaliyə qarşı hücumlar “qəsdən adət hüququnun qoyduğu məhdudiyyətlərə məhəl qoymayıb”.

 

Konqres üzvü daha sonra vurğulayıb ki, Xocalı qurbanları bizə sülhün dəyərini xatırladır. ABŞ-ın və beynəlxalq ictimaiyyətin danışıqlar yolu ilə səylərinə baxmayaraq, münaqişə hələ də davam edir. Bununla əlaqədar, münaqişəyə tərəflər on illər boyu davam edən bu münaqişənin həlli istiqamətində Minsk Prosesinə dəstək verməyə çağırılır.

 

Demək olar 30 ilə yaxın bundan əvvəl Xocalıda baş vermiş dəhşətli hadisələr zamanı həyatlarını itirmiş günahsız insanların xatirəsini bir daha yad edən Konqres üzvü digər həmkarlarını Azərbaycanın bu faciəvi gününü xatırlamağa çağırıb.

 

T.İSMAYIL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu