Modern.az

Bu yazıçı koronavirusun yayılacağını hələ 1981-ci ildə proqnozlaşdırmışdı - VİDEO

Bu yazıçı koronavirusun yayılacağını hələ 1981-ci ildə proqnozlaşdırmışdı - VİDEO

Mədəni̇yyət

3 Mart 2020, 18:08

2019-cu ilin dekabrında Çinin Uhan şəhərində insanlar naməlum virusa yoluxmağa başladı.

Qısa müddət sonra alimlərin koronavirus yaxud COVİD-19 adlandırdıqları yeni virus dünyanın 77 ölkəsinə yayıldı. Hazırda 90 mindən çox insanı yoluxduran koronavirus 3 mindən artıq can alıb.

 

Maraqlısı odur ki, bu ölümcül virusun yayılacağı barədə illər öncə yazıçı Din Kuntz məlumat verib.

Belə ki, 1981-ci ildə amerikalı yazıçı Din Kuntz “Qaranlığın gözləri” əsərində koronavirusun 2020-ci ildə Çinin Uhan şəhərindən bütün dünyaya yayılacağını söyləmişdi.

Yazıçı virusun labaratoriyada yaradılaraq qəsdən insanlara yoluxdurulacağını kitabında qeyd edib.

 

Koronavirus, yəni Covid-19 və kitabda yazılan Wuhan-400 virusları arasında oxşarlıqlar olduğu kimi, fərqli cəhətlər də çoxdur.

Məsələn, kitabda virusun inkubasiya dövrünün 4 gün olduğu və 100 faiz ölümlə nəticələnəciyi bildirib.

 

Koronavirusda isə inkubasiya dövrü 2-14 gün arasında dəyişir.

Ölüm nisbəti isə 2 faizdir, belə ki, indiyədək xəstəliyə yoluxan 91 min şəxsdən təxminən 3 mini həyatını itirsə də, 48 mindən çox insan sağalıb.

Kitabda yazılanların təsadüf, yoxsa proqnoz olması isə hələ də məlum deyil.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı