Modern.az

Azərbaycan diasporu Paşinyana qarşı: Natəvanın abidəsini dağıdanlar cəzalandırılacaq

Azərbaycan diasporu Paşinyana qarşı: Natəvanın abidəsini dağıdanlar cəzalandırılacaq

10 Mart 2020, 20:33

“Təəssüf ki, bu hadisə baş verib. Bütün lazım olan qurumlar məlumatlandırılıb. Belçika-Niderland Azərbaycanlıları Koordinasiya Şurası olaraq hazırda  bəyanat üzərində çalışırıq. Bəyanat hazır olan kimi Vaterlo Şəhər Bələdiyyəsinə, Vaterlo Polis İdarəsinə, Belçika Parlamentinə göndərəcəyik. Bu Vandallıq aktını törədənlərin  qısa müddət ərzində araşdırılaraq tapılıb həbs olunmasını tələb edəcəyik. Həmin şəxslər layiqli cəzalarını almalıdırlar”.

 

Bunu Belçikanın Vaterlo şəhərində ucaldılan ölkəmizin görkəmli şairəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın abidəsinə qarşı edilən vandallıqla bağlı  Modern.az-a danışan Belçika-Niderland Azərbaycanlıları Koordinasiya Şurasınının əlaqələndiricisi Emil Əliyev bildirib.

 

Emil Əliyev qeyd edib ki, Azərbaycan diasporu olaraq artıq məsələ ilə bağlı bəyanat hazırlayırlar:


"Bu vandalizmi törədənlər barədə bəzi şübhələr var. Bəzi şübhələr var ki, bunu Belçikada fəaliyyət göstərən bir neçə erməni qrup təşkilatları edib. Həmin adamlardır ki, Azərbaycan-Belçika futbol klubunun oyunu keçiriləndə oyun vaxtı meydana Qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı ilə dron uçurmuşdular. Düzdü, əlimizdə elə bir sübut yoxdur. Ancaq Belçikada yeganə qrup insanlardır ki, radikal fəaliyyət göstərirlər. Bu barədə "Facebook" səhifələrində açıq formada çəkinmədən yazırlar”.

 

Qeyd edək ki, Belçikanın Vaterlo şəhərində 2016-cı ildə ucaldılmış ölkəmizin görkəmli şairəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın abidəsinə qarşı vandallıq edilib.

Məsələyə Azərbaycanın Xarici İşlər Nazirliyi dərhal reaksiya verərək  bu vandalizmi törədənlərə qarşı  Vaterlo polisi tərəfindən cinayət işi açıldığı bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır