Arxiv
16 mart 2020, 14:27 | PARLAMENT
Azərbaycanda karantin qaydalarını pozanlar cərimələnəcək

Azərbaycanda gigiyena və karantin rejimlərini pozanlar cərimələnəcəklər.

 

Modern.az-ın xəbərinə görə, İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişiklik təklif edilir. Belə ki, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatdək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatək məbləğdə cərimə ediləcəklər.

 

Yaxud işlərin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunur. Hüquqi şəxslər 2 min manatdan 5 min manatdək cərimə ediləcəklər.

 

İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişiklik sabah Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

 

Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.

 

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.

 

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.

 

Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sumqayıt yolunda qəza: Yollar bağlandı 26 May 2020, 20:14 Salyanda kanalda meyiti tapılan qadın qətlə yetirilibmiş 26 May 2020, 20:01 Səudiyyə Kralı və vəliəhdi Azərbaycan Prezidentini təbrik etdi 26 May 2020, 19:59 Makrondan İlham Əliyevə: “Fransanın qərəzsizliyinə arxalana bilərsiniz” 26 May 2020, 19:42 MDB ölkələri hökumət başçıları bir araya gələcək 26 May 2020, 19:35 Britaniyada yoluxanların sayı kəskin artdı 26 May 2020, 19:18 Rusiyadan daha 131 azərbaycanlı təxliyə olundu 26 May 2020, 19:00 Avropalı diplomat: Amerika dövrünü Asiya dövrü əvəzləyir 26 May 2020, 18:44 “Azərişıq”ın 3 əməkdaşı güllələndi 26 May 2020, 18:38 Azərbaycanda daha 132 nəfərdə koronavirus aşkarlandı, 1 nəfər öldü 26 May 2020, 18:20 Ülvi Quliyevdən maraqlı paylaşım - VİDEO 26 May 2020, 18:18 Ramil Səfərov təcavüz siyasətinin qurbanıdır - Xarici İşlər Nazirliyi 26 May 2020, 18:05 Vüqar Bayramovun Füzulidə deputat ofisi açıldı 26 May 2020, 17:57 Türkiyədə komendant saatı başa çatır 26 May 2020, 17:46 İŞİD-in İraqdakı lideri öldürüldü 26 May 2020, 17:38 Abşeronda maşın qaçıran şəxs saxlanıldı 26 May 2020, 17:27 Milli Məclisin qarşısında aksiya - Polisdən AÇIQLAMA 26 May 2020, 17:10 Moskvada Qələbə paradı iyunun 24-də keçiriləcək 26 May 2020, 17:01 Azərbaycanda deputat köməkçiləri icra başçılarından çox maaş alır 26 May 2020, 16:50 Deputat Heydər Əliyev Fonduna təşəkkür etdi 26 May 2020, 16:39 Ruhanidən İlham Əliyevə Respublika Günü TƏBRİKİ 26 May 2020, 16:21 İsmayıl Hakkı Karadayı vəfat etdi 26 May 2020, 16:14 Tələbələrimiz beynəlxalq müsabiqənin qalibi olub - FOTO 26 May 2020, 16:10 Pandemiya Almaniya iqtisadiyyatına ağır zərbə vurub 26 May 2020, 16:04 ADU-nun Konfutsi İnstitutu həkimlərə dəstək layihəsi keçirir 26 May 2020, 15:55 “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb 26 May 2020, 15:49 Deputatların maaşı artırıldı? - Milli Məclisdən AÇIQLAMA 26 May 2020, 15:38 Qarabağdakı saxta “seçkilər”lə bağlı BTM Baş katibinə MƏKTUB 26 May 2020, 15:32 Umayra Tağıyeva hava dəyişkənliyinin səbəbini açıqladı 26 May 2020, 15:19 Rusiyada eks-nazir koronavirusdan öldü 26 May 2020, 15:09 Sabahın teledərs CƏDVƏLİ 26 May 2020, 14:57 Çimərliklərlə bağlı qaydalar TƏSDİQLƏNDİ 26 May 2020, 14:46 “Qızıl ürək” filmi... 26 May 2020, 14:39 İcra başçısından götürülmüş testin nəticəsi açıqlandı - Şamaxıda 5 nəfərdə virus aşkarlanıb 26 May 2020, 14:26 İranda daha 57 nəfər virusun qurbanı oldu 26 May 2020, 14:09