Arxiv
16 mart 2020, 16:30 | İQTİSADİYYAT
Nazirdən pensiyaçılara şad xəbər: “Orta aylıq pensiya 350 manata çatdırılacaq”

"Siz qeyd etdiyiniz kimi, ötən il həyata keçirilən çox geniş sosial islahatlar paketinin önəmli bir istiqaməti məhz pensiyalar idi. Ölkədə minimum pensiyanın 72 faiz artırılması nəticəsində 660 min pensiyaçımızın pensiyalarında ciddi şəkildə artım oldu və minimum pensiyanın alıcılıq qabiliyyəti parametri üzrə Azərbaycan MDB məkanında birinci yerdə qərarlaşdı". 

 

Modern.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev martın 16-da Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.  

 

Nazir bildirib ki, əlavə olaraq əməkhaqqı artımları ilə bağlı, xüsusi şərtlərlə pensiya alan 90 min pensiyaçımızın da pensiyaları orta hesabla 31 faiz artdı və bu da ümumilikdə ötənilki paketin 750 min insanı əhatə etməsini təmin etdi: "Digər tərəfdən, bu il sosialyönümlü islahatların davamı olaraq Sizin imzaladığınız Sərəncamla bütün pensiyalar 16,6 faiz indeksləşdirildi. Bunun nəticəsində, Azərbaycanda bütün pensiyalar üzrə orta aylıq pensiya 300 manatın üzərində oldu. Sırf yaşa görə pensiyanı götürdükdə isə bizim gözləntimiz orta aylıq pensiyanın 350 manata çatmasıdır. Bu da əlbəttə ki, son 2-3 ildə Sizin rəhbərliyinizlə və təşəbbüsünüzlə aparılan genişmiqyaslı sosial islahatların nəticəsi və uğurudur.

 

Ümumiyyətlə, son islahatlarınızın maliyyə dəyəri 560 milyon manata bərabərdir. Yəni, cari il ərzində indeksləşdirmə hesabına pensiyaçılarımıza əlavə olaraq 560 milyon manat vəsait ödəniləcəkdir. Ötənilki islahatları da nəzərə alsaq, - ümumi illik maliyyə dəyəri 450 milyon manata yaxın idi, - cəmi bir il ərzində qəbul edilmiş qərarlar nəticəsində pensiyaçılarımıza bir milyard manatdan artıq vəsait ödənilir. Bu vəsait də tam şəkildə Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşılanır və dövlət büdcəsi üçün əlavə yük yaratmır".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Komitə sədri Milli Məclisin videokonfransından DANIŞDI 29 mart 2020, 16:40 Polşadan gəlib Lerikdə karantinə alınan diaspor rəhbəri: “Hələlik test olunmamışıq” 29 mart 2020, 16:34 Bakının havası təmizlənib 29 mart 2020, 16:21 Biz birlikdə qalib gələcəyik 29 mart 2020, 16:18 Elə bilin ki, həbsdəyik, dözməliyik  – HAFİZ HACIYEVLƏ  #evdəqal SÖHBƏTİ 29 mart 2020, 16:01 “Azərsu” 8600 əməkdaşını məzuniyyətə GÖNDƏRDİ 29 mart 2020, 15:57 Yasamal İH-nin təşəbbüsü ilə #evdəqal videosu hazırlanıb 29 mart 2020, 15:52 İmmun sisteminizi gücləndirmək üçün bu həbləri için - Professordan MƏSLƏHƏT 29 mart 2020, 15:46 Nazirlik prokurorluğa müraciət etdi 29 mart 2020, 15:45 Bu imtahanlar da təxirə salındı 29 mart 2020, 15:35 “Koronavirus haqqında” Qanuna ehtiyac yoxdur – Komitə sədri 29 mart 2020, 15:32 Bakıda 5 əlavə xüsusi ekspres marşrut xətti təşkil edilir - FOTO 29 mart 2020, 15:27 Bakıda 25 yaşlı gənci maşınla vuraraq öldürən sürücü SAXLANILDI 29 mart 2020, 15:21 Birinci ledi virusa qalib gəldi 29 mart 2020, 15:18 WhatsApp” videoların yerləşdirilməsinə məhdudiyyət qoyur 29 mart 2020, 15:18 Koronavirus 11 aylıq körpəni öldürdü 29 mart 2020, 15:12 Azərbaycanda icra başçısının müavini koronavirusa yoluxdu 29 mart 2020, 15:09 Qızıl Aypara Cəmiyyətindən koronaviriusla bağlı nümunəvi ADDIM 29 mart 2020, 15:05 Prezident Şəfiqə Məmmədovaya orden verdi 29 mart 2020, 15:00 Naxçıvanda koronavirus  yoxdur - Rəsmi AÇIQLAMA 29 mart 2020, 14:53 Evdə bu əşyaları daha çox  təmiz saxlayın 29 mart 2020, 14:46 Koronavirusdan ölənlərin sayı 31 mini ötdü 29 mart 2020, 14:39 Milli Məclisdə ilk dəfə videokonfrans keçirildi 29 mart 2020, 14:32 Dövlət Avtomobil Nəqliyyat Xidmətindən sürücülərə MÜRACİƏT 29 mart 2020, 14:31 Moskvada koronaviruslu xəstələrin sayı 1000-i keçdi 29 mart 2020, 14:30 Vergi hesabatlarının verilmə müddəti uzadıldı 29 mart 2020, 14:28 Nuridə Allahyarova: Qaydalara əməl etməyən 26 daşıyıcıya xəbərdarlıq edilib 29 mart 2020, 14:20 Növbəyə gedən və qayıdan dənizçilər karantinə alınır - Gəmi kapitanı 29 mart 2020, 14:13 Səhiyyə Nazirliyindən tibbi maskalarla bağlı AÇIQLAMA 29 mart 2020, 14:10 Polis apteklərdə reyd keçirib - FOTO - VİDEO 29 mart 2020, 14:06 Qarabağda qondarma seçkilər humanitar fəlakətə yol açacaq - Rəsmi Bakıdan ETİRAZ 29 mart 2020, 14:00 Əli Əsədovun hesabatı təxirə SALINDI 29 mart 2020, 13:52 Koronavirus xəstəsini dağda basdırdılar - FOTO+VİDEO 29 mart 2020, 13:46 Goranboy YAP-çıları 135 ailəyə gigiyenik vasitələr payladı- FOTO 29 mart 2020, 13:40  Bir nəfərin səhlənkarlığı milli fəlakətə gətirib çıxara bilər 29 mart 2020, 13:34