Arxiv
18 mart 2020, 16:00 | PARLAMENT
Milli Məclisin sədrindən koronavirusla bağlı SƏRƏNCAM 

Martın 18-də Parlamentin Sədri Sahibə Qafarova Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə ilə əlaqədar Milli Məclisdə həyata keçirilməsi zəruri hesab olunan tədbirlər haqqında Sərəncam imzalayıb.

 

Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, sərəncamda  aşağıdakı məsələlər öz əksini tapıb: 

 

- Milli Məclisin komitə və komissiyalarının iclaslarının, Milli Məclis Aparatının və İşlər İdarəsinin toplantılarının keçirilməsi müvəqqəti dayandırılsın, idarəetmə yalnız telefon (selektor) rabitəsi, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin;

 

- Milli Məclis deputatlarının və əməkdaşların ezamiyyətləri və xarici ölkələrə səfərləri müvəqqəti dayandırılsın; 

 

- Milli Məclis Aparatının Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinə tapşırılsın ki, Milli Məclisdə vətəndaşların qəbullarının keçirilməsini müvəqqəti dayandırsın; 

 

- Milli Məclis deputatlarının köməkçiləri seçki dairələrində seçicilər ilə birbaşa təmasda olmadan onların müraciətlərini internet və telefon rabitəsi vasitəsi ilə qəbul etsinlər;

 

- Milli Məclis Aparatının rəhbərinə və İşlər müdirinə tapşırılsın ki, öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq etsinlər;

 

- işçilərdə və ya onların ailə üzvlərindən birində respirator xəstəlikləri, halsızlıq və digər oxşar hallar olduğu təqdirdə həmin işçilərin rəhbərliyə məlumat verməklə tam sağalanadək işə çıxmaması tövsiyə edilsin;

 

- Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşları iş günü ərzində xüsusi ehtiyac olmadan iş otağını tərk etməsinlər, zərurət olmadan digər şəxslərlə təmasda olmasınlar; 

 

- Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşları virusun yayılmasının qarşısını almağa kömək edəcək ehtiyat tədbirləri görsünlər, o cümlədən həkim məsləhətlərinə və sanitar-gigiyena qaydalarına ciddi riayət etsinlər;

 

- Milli Məclisin tibb məntəqəsinə tapşırılsın ki, virusun yayılmasının qarşısını almaq məqsədi ilə Milli Məclisdə maarifləndirmə işi aparsın;

 

- Milli Məclisin İşlər İdarəsinin bütün texniki heyəti, o cümlədən sürücülər, inşaatçılar, fəhlələr və digər işçilər gündə bir dəfə hökmən tibbi müayinədən keçirilsinlər;

 

- Milli Məclisin avtoparkının balansında olan bütün nəqliyyat vasitələri gündə bir dəfə hökmən dezinfeksiya edilsin;

 

- Milli Məclisin İşlər İdarəsi parlamentin bütün inzibati binalarının dəhlizlərində antiseptik vasitələrin qoyulmasını və gündəlik təzələnməsini təmin etsin.

 

Sərəncamda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə nəzarət Milli Məclis Aparatının rəhbərinə və İşlər müdirinə həvalə edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ölkənin qocalar evində 10 335 nəfər koronavirusdan ölüb 27 May 2020, 00:29 Daha bir ölkədə futbol çempionatına icazə verilir 27 May 2020, 00:13 Moskvada daha 73 koronavirus xəstəsi öldü 26 May 2020, 23:58 Bakıda evdən kişi meyiti tapıldı 26 May 2020, 23:44 Pandemiya dövründə ən çox qazanan rusiyalı milyarderlər - FOTO 26 May 2020, 23:29 Sahibə Qafarova türkiyəli həmkarını təbrik etdi - FOTO 26 May 2020, 23:12 Bakıda “Jara” festivalı keçiriləcək - EMİNDƏN AÇIQLAMA 26 May 2020, 22:56 Bakıdan daha 24 nəfər gəmi ilə Qazaxıstana yola salındı 26 May 2020, 22:39 NİDA-çılar Milli Şuradan getdi 26 May 2020, 22:25 Tovuzda ağır qəza oldu 26 May 2020, 22:09 Metroda koronavirus belə yayılır - VİDEO 26 May 2020, 21:57 Türkiyədə koronavirusdan sutkalıq ölü sayı 28-dək azaldı 26 May 2020, 21:40 Avropa İttifaqı vətəndaşlarının 60 faizi böhran içərisindədir 26 May 2020, 21:23 TƏBİB-dən korona ilə bağlı son məlumat 26 May 2020, 21:07 İtaliyada koronavirusdan ölənlərin sayı 32 955-ə çatdı 26 May 2020, 20:58 Bill Qeytsin koronaya qarşı xüsusi vaksini 26 May 2020, 20:42 Masallıda silahlı insidentlə bağlı RƏSMİ MƏLUMAT 26 May 2020, 20:26 Sumqayıt yolunda qəza: Yollar bağlandı 26 May 2020, 20:14 Salyanda kanalda meyiti tapılan qadın qətlə yetirilibmiş 26 May 2020, 20:01 Səudiyyə Kralı və vəliəhdi Azərbaycan Prezidentini təbrik etdi 26 May 2020, 19:59 Makrondan İlham Əliyevə: “Fransanın qərəzsizliyinə arxalana bilərsiniz” 26 May 2020, 19:42 MDB ölkələri hökumət başçıları bir araya gələcək 26 May 2020, 19:35 Britaniyada yoluxanların sayı kəskin artdı 26 May 2020, 19:18 Rusiyadan daha 131 azərbaycanlı təxliyə olundu 26 May 2020, 19:00 Avropalı diplomat: Amerika dövrünü Asiya dövrü əvəzləyir 26 May 2020, 18:44 “Azərişıq”ın 3 əməkdaşı güllələndi 26 May 2020, 18:38 Azərbaycanda daha 132 nəfərdə koronavirus aşkarlandı, 1 nəfər öldü 26 May 2020, 18:20 Ülvi Quliyevdən maraqlı paylaşım - VİDEO 26 May 2020, 18:18 Ramil Səfərov təcavüz siyasətinin qurbanıdır - Xarici İşlər Nazirliyi 26 May 2020, 18:05 Vüqar Bayramovun Füzulidə deputat ofisi açıldı 26 May 2020, 17:57 Türkiyədə komendant saatı başa çatır 26 May 2020, 17:46 İŞİD-in İraqdakı lideri öldürüldü 26 May 2020, 17:38 Abşeronda maşın qaçıran şəxs saxlanıldı 26 May 2020, 17:27 Milli Məclisin qarşısında aksiya - Polisdən AÇIQLAMA 26 May 2020, 17:10 Moskvada Qələbə paradı iyunun 24-də keçiriləcək 26 May 2020, 17:01