Modern.az

Gürcüstanda azərbaycanlılar daha çayxanalara toplaşmırlar - Deputat

Gürcüstanda azərbaycanlılar daha çayxanalara toplaşmırlar - Deputat

19 Mart 2020, 09:58

“Gürcüstanda yaşayan azərbaycanlılar da virusa qarşı mübarizə aparır. Marneuli azərbaycanlıların kompakt yaşadığı bölgələrdən biridir. Bilirsiz ki, azərbaycanlılar çayxanalara, kafelərə toplanırdılar. Xeyli vaxtdır ki, azərbaycanlılar qapalı məkanlara toplaşmırlar”.

 

Bu fikirləri Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Mahir Dərziyev Modern.az-a açıqlamasında koronavirusun Gürcüstanda yaşayan azərbaycanlılara təsirindən danışarkən deyib.

 

Deputat ölkədə vəziyyətin hələlik qorxulu olmadığını da söyləyib:

 

“Gürcüstanda məktəblər bağlıdır. Bir çox iş yerlərində məsafədən işləməyə qərar verilib. İnsanlar evlərindən işləyirlər. Hələlik, Gürcüstanda vəziyyət o qədər də qorxulu deyil.

Yanvar ayından ölkəmizdə Operativ Qərargah yaradılmışdı. Hələ o zamanlar dünyanın bir çox ölkələri koronavirusu ciddiyə almırdı. Pandemiyanın qarşısını almaq üçün dövlətimiz çox yaxşı tədbirlər həyata keçirir. Son qərarları da veriblər. Marşrut avtobusları artıq işləmir. Əslində avtobuslara 10-17 adam götürülməlidir, ancaq normadan artıq sərnişinlər olur. İnsanlar bir-birinin çiynində gedir”.

 

Mahir Dərziyevin sözlərinə görə, hətta parlamentdə də deputatlar bir-birindən aralı durmağa qərar verib:

 

“Onu da deyim ki, bu məsələlərə Gürcüstan parlamentində çox ciddi yanaşırlar. Parlamentin hər yerində dezinfeksiyaedici məhlullar quraşdırılıb. Hazırda Gürcüstan parlamentinin reqlamentində dəyişikliliklər barədə yeni qanunun müzakirəsi gedir. Əgər fövqəladə vəziyyət elan olunarsa, Gürcüstan parlamenti məsafədən işləyəcək. Yəni müasir informasiya texnologiyalarının verdiyi imkanlar çoxdur. O cümlədən, yeni platforma işləyib hazırlanacaq. Elektron qaydada səsvermə həyata keçiriləcək”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır