Arxiv
21 mart 2020, 11:10 | AKTUAL
Koronavirusdan necə qorunaq? - Məşhur loğmandan TÖVSİYƏ

Statistika göstərir ki, müxtəlif ölkələrdə hər il minlərlə adam adi qripdən ölür. Kimdir bu ölənlər? Əlbəttə, immun sistemi zəyif olanlar. İmmun sistemi - orqanizmin müdafiə xətdidir. Orqanizm kimdən müdafiə olunur?

Dünyada hər şey qoşa gəzir: olum və ölüm, xeyir və şər, gecə və gündüz, isti və soyuq yaş və quru və s. İnsan orqanizmi də özlüyündə bir dünyadır. Orda da sağlamlığı qoruyan 70 trilyonluq hüceyrə ordusu, sağlamlığın düşmənləri (N qədər) mikrob ordusu ila üz-üzə dayanıb. Vicudumuxda daima mübarizə gedir.

Kimin qalib gəlməsi biz can sahiblərindən asılıdır. Aqillərdən biri deyib ki insan özünə ya həkimdir ya qənim. Yəni, biz sağlamlığı müdafiə edən möhnətkeş hüceyrələri sağlam və zəngin qanla təchiz ediriksə, müdafiə xətti güclənir, bu halda biz özümüzün həkimi kimi çıxış edirik, yox, əgər damarlara çürük qan doldururqsa - “əskərələr” qırılır, artıb-törəmir - oluruq özümüzün qənimi. Biz düzgün qidalanmırıqsa, qeyri-sağlam həyat tərzi keçirirksə - mikroblar sürətlə artıb-törəyir və düşmən ordusu güclənir.

Bu iki qüvvənin mübarizəsi haqqında fikir söyləyən dünya şöhrətli təbib, 3 ölkənin (Almaniya, İtaliya, Rusiya) Tibb Elmləri doktoru Abram Zalmanov yazırdı: “Mikrob özü-özlüyündə - heç nədir! Əsas məsələ onun düşdüyü mühitdir”. Əgər immun sistemi güclüdürsə - mikrobun əl-qol açması üçün şərait yoxdursa - düşmən ordusu təhlükəli deyil. Əgər düzgün qidalanmırıqsa, yoğun bağırsaq çirklidirsə - hüceyrələr sürətlə qırılır, mikroblar eyni sürətlə artıb törəyir və güclənir.

Nə üçün “koronavirus” məhz 60 yaşdan yuxarı olan ahıllar üçün təhlükəli sayılır? Çünki yaşlı orqanizmin müdafiə xətti çox zəyifləmiş olur. Amma elə yaşlılar da var ki, heç bir virsdan qorxmur. Çünki o, düzgün qidalanır və onun immun sistemi güclüdür.
Müdafə xəttini gücləndirmək istəyən hər kəs “MÖCÜZƏSİZ MÖCÜZƏ - 5” kitabında geniş formada verdiyim aşağıdakı rejimə dəqiq əməl etməlidir:

1.Saat 22-də yatıb, 06-da durmaq. Dərhal 300-400 qram çiy (olmasa qaynamış) suya 2 çay qaşığı alma sirkəsi, 1 çay qaşığı bal qatıb ilıq şəkildə qurtum-qurtum içmək. 40-60 dəqiqə bədən tərbiyəsi ilə məşqul olmaq, kontrast su vannası, mümkün olmasa “duş” qəbul etmək, yaxud yaxalanmaq. 1 stəkan itburnu və qarağilə dəmləməsinə 1 limon və 1 çay qaşığı bal qatıb içmək. 1 stəkan meyvə şirəsi, 20-30 dəqiqədən sonra 1 stəkan tərəvəz şirəsi içmək. Nahara qədər çiy su qəbulunu davam etdirmək olar.

2. Nahar yeməyi: 1 stəkan itburnu və qaragilə dəmləməsi içdikdən sonra 1 nimçə tərəvəz salatı ilə 1 növ xörək (çörəksiz) yemək. Şam yeməyinə kimi çiy su qəbulunu davam etdirmək olar.

3. Şam yeməyi:1 stəkan itburnu və qaragilə dəmləməsindən sonra 1 nimçə tərəvəz salatı ilə 5-8 qoz və ya 10-15 fındıq və ya 10-15 badam, təzə kəsmik və ya şor və ya təzə pendir və ya təzə qatıq yemək.

Qeyd: ancaq qabıqlı qozdan istifadə edin, heç vaxt ləpə almayın. Çörəyi tərgidə bilməyən zəif iradəli adamlar onu günün altında qurudub, salatla heç nəsiz yesin. Bütün un məmulatları, şəkər, şirniyat, şokalad, tort, ət və ət məmulatları, qara çay, kofe, kakao, fanta - hüceyrələri qırır və mikrob ordusunu gücləndirir.

“Koronavirus” natəmiz KİV-nin məqsədyönlü şəkildə şişirdilən mikrobdan başqa bir şey deyil. Lakin, digər mikroblar kimi, bu mikrob da, qeyri-sağlam həyat tərzi keçirən qarınqulu insanlar üçün təhlükəlidir. Nəfsə qalib gəlməyi bacarın!..


Ərşad Əzimzadə,
“Ana Təbiət“ NGM-nin rəhbəri, yazıçı-jurnalist

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
20 yaşadək gənclərin də küçəyə çıxması qadağan edildi 3 Aprel 2020, 23:13 Maska qıtlığının səbəbi AÇIQLANDI 3 Aprel 2020, 22:54 "Azəriqaz"ın rəhbəri: "Kommunal məsələlər vaxtında öz həllini tapmalıdır" 3 Aprel 2020, 22:37 Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək 3 Aprel 2020, 22:22 Yaxın günlərdə bank kreditləri ilə bağlı qərar AÇIQLANACAQ 3 Aprel 2020, 22:06 Baş Nazir karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi 3 Aprel 2020, 21:37 “Biliklərin yaradılması və ötürülməsində universitetlərin inhisarçılığının sonu görünür” - Ədalət Muradov 3 Aprel 2020, 21:24 İtaliyada koronavirus qurbanlarının sayı 14 681-ə çatdı 3 Aprel 2020, 21:11 Azərbaycanda koronavirusa yoluxanlar bu ərazilərdəndir - SİYAHI 3 Aprel 2020, 20:47 Türkiyədə koronovirusdan bir gündə 69 nəfər öldü 3 Aprel 2020, 20:35 İranda koronavirusa yoluxanların sayı artır 3 Aprel 2020, 20:18 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu onlayn rəsm müsabiqəsi keçirir 3 Aprel 2020, 20:03 ASAN Xidmət jurnalistlərə MÜRACİƏT ETDİ: Sui-istifadə hallarına yol verməyin! 3 Aprel 2020, 19:13 Tanınmış jurnalistə ağır itki üz verib 3 Aprel 2020, 18:36 “Azercell” təhlükəsizlik tədbirlərini gücləndirir 3 Aprel 2020, 18:18 Həkimlərin ailəsi necə qorunur? - Deputat: “Tibb işçilərinə ayrıca yer ayrılsın 3 Aprel 2020, 18:13 Aİ tibbi ləvazimatların idxalına vergiləri ləğv etdi 3 Aprel 2020, 18:05 Kamran Əliyev:Jurnalistin öz şəxsi maşını ilə işə getmələrinə məhdudiyyət yoxdur” 3 Aprel 2020, 17:59 Dolların MƏZƏNNƏSİ açıqlandı 3 Aprel 2020, 17:55 Fransa İtaliya və İspaniyaya göndərilən tibbi maskaları müsadirə etdi 3 Aprel 2020, 17:54 Başıbəlalı “Corona” pivəsinin istehsalı dayandırıldı 3 Aprel 2020, 17:42 “Virtual məktəb” portalında bir gündə 36 min şagird qeydiyyatdan keçib 3 Aprel 2020, 17:36 Spikerin son SƏRƏNCAMI Milli Məclisin nüfuzunu özünə qaytaracaq - “Gül balalar” yola salınır 3 Aprel 2020, 17:30 Sürət qatarı koronaviruslu xəstələr üçün reanimasiya şöbəsinə çevrildi - FOTO 3 Aprel 2020, 17:24 Aprel döyüşlərinin iştirakçısı xanımının üzüyünü güllə gilizindən düzəldibmiş - FOTO 3 Aprel 2020, 17:17 “Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur” - Anar Hüseynov 3 Aprel 2020, 17:16 Sosial izolyasiya ailədaxili zorakılığı kəskin artırıb – PROBLEM 3 Aprel 2020, 17:13 Deputat: “Əhali 3 aylığa işıq, qaz və digər kommunal xidmətlərdən azad olunub” 3 Aprel 2020, 17:10 BMT-nin 111 əməkdaşı koronavirusa yoluxub 3 Aprel 2020, 17:04 “Vətəndaşlar maska və əlcəkdən istifadə etməməyə görə cərimə olunmur” - DİN rəsmisi 3 Aprel 2020, 16:58 Partiya sədri: “Azərbaycanda ən sərt tədbirlərə əl atmağa ehtiyac var” 3 Aprel 2020, 16:52 Bakıya giriş-çıxışa nəzarət daha da GÜCLƏNDİRİLDİ 3 Aprel 2020, 16:45 Azərbaycan çempionatında qalib elan olunub 3 Aprel 2020, 16:39 AZAL İstanbul və Moskvadan azərbaycanlıları geri qaytardı 3 Aprel 2020, 16:33 Deputat partiyası üçün büdcədən ayrılan puldan İMTİNA EDİB 3 Aprel 2020, 16:27