Modern.az

Koronavirus əsasən Azərbaycanın bu bölgəsində yayılıb - RƏSMİ

Koronavirus əsasən Azərbaycanın bu bölgəsində yayılıb - RƏSMİ

Ölkə

23 Mart 2020, 21:58

Bu günədək Azərbaycanda 1000 nəfərə yaxın şəxs karantində saxlanılır.

 

Modern.az-ın məlumatında görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın mətbaut konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.

 

O qeyd edib ki, virus aşkarlanan şəxslər əsasən 29-50 yaş arasındadır:

 

"72 şəxsdə koronavorus aşkarlanıb, 10 nəfər sağalıb, 1 nəfər vəfat edib. Fevralda koronavirus Azərbaycana idxal olunurdusa, martdan başlayaraq koronavirus ölkə daxilində yayılmağa başlayıb. Xəstələrdən 30 nəfəri xaricdən gələnlərdir, qalanları ölkə daxilində yoluxanlardır. Koronavirus əsasən cənub zonasında yayılır".

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov isə öz növbəsində bildirib ki, Azərbaycanda olan koronavirus xəstələrinin sayının daha çox harada olması ilə bağlı bölgü aparmaq düzgün deyil.

NK rəsmisinin sözlərinə görə, bölgü aparmaq təhlükəlidir, bundan çəkinmək lazımdır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...