Modern.az

Vətəndaşların kredit borclarına güzəştlər olacaq - İbrahim Məmmədov

Vətəndaşların kredit borclarına güzəştlər olacaq - İbrahim Məmmədov

Aktual

23 Mart 2020, 22:35

Vətəndaşların banklara olan kredit borclarına güzəştlər üçün təkliflər hazırlanır.

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov vətəndaşların banklara olan kredit ödənişlərinə dair güzəştlərlə bağlı sualları cavablandırarkən bildirib.

 

İ.Məmmədov deyib ki, iqtisadi artımı saxlamaq, kritik dövrdə insanların sosial müdafiəsini qorumaq, iqtisadi zərərləri minimallaşdırmaq üçün işçi qrupu yaradılıb:

 

"Qeyd edilən məsələlərlə bağlı 15 gün vaxt verilib. 15 gün müddətində təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq. Prezidentin siyasi iradəsidir ki, insanların üzərinə düşmüş ağırlığa dövlət şərik olacaq. Bu, bir prinsipdir və qərar qəbul edilib. Amma hansı formada olacaq, bu, təkliflərdən asılı olacaq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...