Modern.az

Kiyevdə maska, spirt tapılmır - SOCAR Azərbaycan diasporuna dəstək olub

Kiyevdə maska, spirt tapılmır - SOCAR Azərbaycan diasporuna dəstək olub

24 Mart 2020, 00:56

“Kiyevdə koronavirusdan qorunmaq üçün tibbi spirt, maska və əlcək tapmaq mümkün deyil”.

 

Bu barədə Modern.az saytına Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, hüquq üzrə elmlər doktoru Hikmət Cavadov məlumat verib.

 

O, qeyd edib ki, bir gün öncə SOCAR-ın Ukraynadakı nümayəndəliyinə bu məsələnin həlli üçün müraciət ediblər:

 

“Sağ olsunlar, müraciətimizə müsbət cavab verdilər. Bizə 400 dəst tibbi spirt, maska və əlcək verdilər. Biz də bunları azərbaycanlılara payladıq”.

 

H.Cavadov onu da bildirib ki, hazırda Kiyevdə 450-dən artıq azərbaycanlı Azərbaycana təxliyyə olunmağı gözləyir: “Yəqin ki, bu gün həmvətənlərimiz ölkəmizə gedə biləcəklər. Onların ərzaq məsələlərini buradakı imkanlı azərbaycanlılar həll edir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi