Arxiv
24 mart 2020, 10:00 | REPORTAJ
Tarixdə iz qoyanlar: Azərbaycan gerbini hazırlayan knyaz Aleksandr Servaşidze kim idi?

Modern.az saytında “Tarixdə iz qoyanlar” rubrikasının növbəti yazısını təqdim edirik.

Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınır. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.

Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər. 

1918-ci il mayın 28-də Tiflisdə, keçmiş Qafqaz Canişinin sarayında sədr müavini Həsənbəy Ağayevin sədrliyi və M.Mahmudovun katibliyi ilə  müsəlman Milli Şurasının keçirilmiş  ilk  iclasında  İstiqlal Bəyannaməsi qəbul  edildi. Azərbaycan xalqı keçmiş Rusiya imperiyasının dağıntıları   üzərində öz müstəqilliyini elan etdi  və  yeni müstəqil dövlət  olan  Azərbaycan  Xalq   Cümhuriyyətini  yaratdı. Azərbaycan  Xalq  Cümhuriyyəti  yarandıqdan  sonra  dövlətin müstəqilliyini  təcəssüm  etdirən müqəddəs rəmzlərin-Dövlət Bayrağı, Gerb və Himnin layihələrinin  hazırlanması  Azərbaycan  hökumətinin  diqqət  mərkəzində  oldu. Azərbaycan  Xalq  Cümhuriyyəti  Hökumətinin  23 mart  1919-cu  il  tarixli  qərarı ilə  ilk dəfə olaraq  Azərbaycan  Respublikasının  Dövlət  gerbinin  və  möhürünün  layihəsinin  tərtib edilməsi  üzrə  müsabiqə  elan  edildi.  Həmin  qərarla layihələrin 1919-cu il aprelin   20-nə təqdim  edilməsi  müəyyənləşdirilmişdi. Ən yaxşı layihələr üçün 2 (iki) mükafat təyin edilmişdi:

Birinci mükafat üzrə: gerb üçün – 1 min  rubl, möhür üçün - 500 rubl, ikinci  mükafat  üzrə  gerb  üçün  500  rubl, möhür  üçün  250  rubl  müəyyən  edilmişdi.

Lakin  müsabiqəyə  təqdim olunmiş  layihələr çox  guman  ki, bəyənilmədiyinə  görə  qəbul edilməmişdi.  

“Azərbaycan”  qəzetinin 14 noyabr 1919-cu il tarixli  buraxılışında  Azərbaycanın    gerbi  və  himn  haqqında  məlumat  dərc edilib. Həmin məlumatda  bildirilirdi ki, Xalq Maarif Nazirliyi  Azərbaycan Respublikasının  dövlət  gerbi və milli  himninin işlənib hazırlanması məsələsi haqqında mülahizələrini  hökumətə  təqdim edib. Hökumətə təqdim  olunmuş  mülahizələrdə  qeyd edilirdi ki, işlənib  hazırlanmış  ən  yaxşı  milli himnin   seçilməsi  üçün hazırlanmış  layihələr  1920-ci il fevralın 1-dək müsabiqəyə təqdim  edilməlidir. Ən yaxşı  himn  üçün  mükafat  olaraq  15000   rubl müəyyən  edilmişdi. Müsabiqəyə  arzu edənləri  daha çox cəlb etməkdən  ötrü Bakı və Tiflis qəzetlərində müsabiqənin geniş  işıqlandırılması nəzərdə tutulmuşdu.

Dövlət gerbinin layihəsinin  hazırlanması  Nazirlik tərəfindən o zaman Bakıda olan və öz əsərləri ilə, xüsusilə  də şərq  ölkələrinin  memarlığı, heykəltaraşlığı və  rəssamlığına dair  bilgiləri  ilə  böyük  məşhurluq  qazanmış  rəssam knyaz  Şervaşidzeyə həvalə olunması  təklif edilmişdi. 

Knyaz  Aleksandr  Şervaşidze (1867-1968)   kim  idi?

Bu  məqalə  vasitəsi  ilə   Aleksandr Şervaşidzenin  1919-1920-ci  illərin  müəyyən  dövründə  Bakıda  yaşayıb  fəaliiyyət  göstərməsi  haqqında  məlumat  təqdimm  edirik. Aleksandr  Şervaşidze  öz dövrünün  tanınmış  rəssamı və mədəniyyət  xadimi kimi  tanınmışdı. Tanınmış rəssam və incəsənət  xadimi  Аlекsаndr Коnstаntinоviç  Çаçbаnın /Şеrvаşidzеnin/  irsi  və  estetik  baxışları  incəsənət tarixi  üçün  böyük  maraq  doğurur.  İlk növbədə  qeyd  etmək lazımdır ki, Şеrvаşidzе - Çaçba, hakim  abxaz knyazlarının  soyadının  gürcü formasıdır. Rəssam öz əsərlərini /Şеrvаşidzе  və yaxud Çaçba soyadı  ilə  imzalamışdı. O, 1907-1918-illərdə Peterburq  İmperator teatrında, 1929-1948-ci illərdə isə xaricdə - S.P.Dyagilev adına Rus baletində səhnə - quruluşçusu vəzifəsində işləmiş  və  həyatını humanist  ideallara  həsr etmişdi. Onun yaratdığı rəsmlər, qrafiq  vərəqlər, çoxsaylı  dekorasiya  eskizləri, teatr səhnələri üçün koctyumlar, incəsənət  əsərləri  A.K. Çаçbаnı /Şеrvаşidzеni/  XX əsrin görkəmli mədəniyyət xadimi kimi xarakterizə edmişdi. Qeyd edək ki,  məlum  səbəblər  ucbatından əvvəllər  nəşr  olunmuş  kütləvi  nəşrlərdə, o  cümlədən  Böyük  Sovet  Ensiklopediyasında  və  Azərbaycan  Sovet  Ensiklopediyalarınnda  knyaz  Aleksandr  Şervaşidze  haqqında  hər  hansı  bir  məlumat dərc  edilməmişdir. İnternet  qaynaqlarında  isə  A.Şervaşidzeyə  aid  olan  bioqrafik  məlumatlarda   onun  1918-1920-ci  illərin müəyyən  dövrlərində  Bakıda  yaşayıb fəaliyyət  göstərdiyi  haqqında  heç  bir  məlumat  qeyd olunmur.  Halbuki,  Azərbaycan Respublikasının  Dövlət  Arxivinin müvafiq  fondlarında   saxlanılan  sənədlər  təsdiq  edir ki, Aleksandr  və onun  qardaşı  Vladimir  Şervşidzelər  Bakıda  yaşayıb  fəaliyyət  göstəriblər. Arxiv  sənədləri  araşdırıılarkən knyaz Aleksandr  Şervaşidze  ilə bağlı  maraqlı məlumatlar aşkar edilmişdir. Arxiv  sənədləri  təsdiq  edir  ki,  A. Şervaşidze  1919-cu ildə  Bakıda  yaşayaraq  uğurla fəaliyyət  göstərmişdir. Məsələn, Azərbaycan  Respublikası  Xalq  Maarif  Naziri  N.b.Yusifbəyli  knyaz  A.K. Şervaşidzenin  mənzillə təmin edilməsi haqqında Bakı Qubernatoruna göndərdiyi  3  dekabr 1919-cu il  tarixli  13980№ li  məktubda  qeyd  edirdi:

“Knyaz  Aleksandr Konstantinoviç  Şervaşidze mənim  tapşırığımla artıq iki aya yaxındır ki, mənə həvalə edilmiş Nazirlik  üçün  Azərbaycan  Respublikasında  İncəsənət  İnstitutunun  yaradılmasının  layihəsi üzərində  işləyir.  Adı çəkilən Şervaşidze  yuxarıda  geyd  edilən  İnstitutun  direktoru vəzifəsinə  dəvət  edilir  və  ona  görə də  o, həmin  İnstitutun  yaradılması  işində  və  bu  məsələ  ilə  bağlı  keçirilən  iclaslarda   uzun  müddətdir  ki,  iştirak  edir. Knyaz Şervaşidzenin “Birjevaya”   (indiki Üzeyir Hacıbəyov) küçəsindəki  ev 19-da  tutduğu  iki  otaqlı  yaşayış  mənzili Sizin  sərəncamınızla  Dövlət  qulluqçusunun  xeyrinə  müsadirə  edildikdən  sonra  Şervaşidze  tamamilə  mənzilsiz  qalmışdır. Yuxarıda  qeyd  olunanları  və  mənə  həvalə  edilmiş  Nazirliyin  artıq  iki  aya  yaxındır  ki,  onun  əməyindən  istifadə  etdiyini,  eləcə  də  onun  bundan  sonra  Xalq  Maarif  Nazirliyi üzrə  qulluqçuların  siyahısına  daxil  ediləcəyini   və  Bakı şəhərində  milli  bədii qüvvələrin  yoxluğu  ucbatından  Şervaşidzenin  icra  etdiyi  işlərin  başqa  şəxsə tapşırılmasının qeyri-mümkün olduğunu  nəzərə  alaraq  knyaz  Şervaşidzeyə  lazım olan  yaşayış yerinin  ayrılması  haqqında  sərəncam verməyinizi  və  nəticəsi  haqqında məni  məlumatlandırmağınızı  xahiş edirəm”.   

N.b.Yusifbəylinin yazdığı məktuba  qubernatorun  cavabını  Dövlət  Arxivinin  aidiyyəti   üzrə  müvafiq  fondlarında   aşkar  etmək  mümkün  olmadı. Amma  sənədlər  araşdırılarkən digər maraqlı məlumat  aşkar  edildi. Belə ki, Azərbaycan Respublikasının  Daxili  İşlər  naziri əvəzinə imza etmiş general-mayor  Haşımbəyov  31 may  1919-cu il tarixdə  Bakı  Qubernatoruna  unvanladığı  4034 №li məktubda  Bakı  Qubernatorundan xahiş  edirdi  ki, Daxili İşlər  nazirinin  Dəftərxana şöbəsinin rəisi  Vladimir  Konstantinoviç  Çacba – Şirvaşidzeyə  üç otaqı mənzilin ayrılması  haqqında  müvafiq  sərəncamı  versin.  Bakı  şəhər  İdarəsi  rəisi  Q.A.Qudiyevin 5  iyul 1919-cu il tarixdə  təqgim  etdiyi  orderlə  kn. Şirvaşidze  Bakı şəhərində  Kamenistoy  (indiki –Şors)   küçəsində  mənzillə  təmin  edilmiş  və bu  haqda  ona order  təqdim  olunmuşdur. Sənədlərdəki  məlumatlara  əsaslanaraq  qeyd  edirik ki,  həmin  illərdə  Bakıda  təkcə kn. A. Şervaşidze deyil, kn.V. Şervaşidze də  yaşayaraq  fəaliyyət  göstərmişdilər.


Cümhuriyyət  hökuməti  hərbi  ordenlərin, milli himn, dövlət  gerbi  və möhürünün layihələrinin  hazırlanması  haqqında 1920-ci il  yanvarın 30-da  qərar qəbul  etdi. Həmin  qərarın 1-ci bəndində  qeyd  edilirdi  ki, 25 min rubl  mükafatla  ordenlərin layihələrinin hazırlanması  üzrə müsabiqənin  elan edilməsi  Hərbi nazirə  tapşırılsın.  Layihələrin  əsas  vəzifəsi  Azərbaycanın müstəqillik simvoluna  xidmət  etmək idi. Qərarın 2-ci bəndində  isə 50 min rubl mükafatla  milli himnin, 25 min rubl mükafatla isə dövlət gerbinin və möhürünün layihələrinin hazırlanması üzrə müsabiqənin elan edilməsi  Xalq  Maarif  nazirinə  tapşırıldı. Hökumətin  30  yanvar  1920-ci  il  tarixli  qərarına  əsaslanaraq    Xalq  Maarif  Nazirliyi  dövlət gerbi və möhürünün təsvirinin, eləcə də milli  himnin  mətninin  layihələrinin  hazırlanması  haqqında 1920-ci ilin fevralın 19-da “Azərbaycan” qəzetində  müsabiqə  elan  etdi. Müsabiqədə  iştirak  etmək  istəyənlər  hazırladıqları  layihələri  mayın  1- dək  möhürlənmiş  zərflərdə  Xalq  Maarif  Nazirliyinin  dəftərxanasına  təqdim  etməli  idilər. Layihələr  hazırlanarkən  layihələrin  hazırlanmasına  əsas  götürülən  tarixi  və  siyasi  şərait  və  səbəblər də  göstərilməli  idi. Qalib  gəlmiş  layihələr  Azərbaycan  Xalq  Cümhuriyyətinin  istiqlalının  II  ildönümünədək  təsdiq  olunması  müəyyənləşdirilmişdi... Lakin  1920-ci  ilin  aprelində  Azərbaycanın sovetləşdirilməsi bunu mümkün etmədi. Həmin tarixi  hadisələrin  üzərindən  71  il  keçdikdən  sonra  Azərbaycan Respublikası  Ali  Soveti  1991-ci  il  fevralın  5-də “Azərbaycan  Respublikasının  Dövlət  gerbinin  ən  yaxşı  təsviri  üçün  müsabiqənin  elan  olunması haqqında”  xüsusi  qərar  qəbul  etdi. Həmin  qərara  əsasən,  Azərbaycan  Respublikasının  Dövlət  gerbinin  ən  yaxşı  təsviri  üçün  5min  manat  məbləğində  mükafat  təsis  edildi. Xatırladırıq  ki, həmin  dövrlərdə  müxtəlif  mətbuat  orqanlarında  kifayət  qədər  yeni  gerb  layihələri  dərc  olundu. 1993-cü ilin  əvvəllərində  Azərbaycan  Respublikasının  Milli  Məclisində  həmin  layihələr, o cümlədən  kn. A.Şervaşidze  tərəfindən  1919-1920-ci  illərdə  hazırlanmış  gerb  layihəsi  müzakirə  edildi. 1919-1920-ci  illərdə  A. Şervaşidze  tərəfindən işlənib   hazırlanmış  qerb  layihəsinə  rəssam – dizayner  Rafiq  Məmmədov  tərəfindən  müəyyən  düzəlişlər  və  təkmilləşdirmələr  edildikdən  sonra  Azərbaycan  Respublikasının dövlət  gerbi  kimi təsdiq  edildi.


Xatırladırıq ki, Azərbaycan  Respublikasının  Dövlət  gerbi  palıd  budaqlardan  və  sünbüllərdən  ibarət qövsün  üzərində  yerləşən  şərq qalxanının təsvirindən ibarətdir. Qalxanıın üstündə Azərbaycan Respublikası  Dövlət bayrağının rəngləri fonunda səkkiz guşəli  ağ  ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Dövlət gerbinin rəngli təsvirində  ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın içərsindəki dairəvi mavi, qırmızı və yaşıl rəng çalarları Azərbaycan bayrağında ifadə olunan türkçülüyü, müasirliyi və İslamı tərənnüm edir. Qalxanın və ulduzun saрanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır. 
Rəmzi  mənası: 
Qalxan - müdafiə; üçrəngli dairəvi xətlər - bayraq; 
Dairəvi xətlərin üstündəki səkkizguşəli ulduz – günəş, səkkizguşəli ulduzun ortasındakı alov dilləri - Odlar Yurdu; 
Sünbüllər - bolluq;  
Palıd budaqları - uzunömürlük rəmzidir. 


Rafiq  Səfərov,
Milli Arxiv İdarəsinin Sənədlərin  nəşri  və  istifadəsi şöbəsinin baş  məsləhətçisi

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncədə qanunsuz narkotik saxlayan şəxs tutulub 10 Avqust 2020, 12:47 Rüşvət alarkən yaxalanan məmurun işi məhkəmə gönədrildi 10 Avqust 2020, 12:44 Zığ-Hövsan yolu yenidən qurulacaq 10 Avqust 2020, 12:34 Millət vəkili 6 aylıq fəaliyyəti dövründə 4300 seçicini dinlədi 10 Avqust 2020, 12:32 Putin Lukaşenkonu TƏBRİK ETDİ 10 Avqust 2020, 12:31 Rüşvətxorluqda ittiham olunan generalın həbsdən buraxılması TƏSDİQLƏNDİ 10 Avqust 2020, 12:22 Koronavirusdan qorunmaq üçün 1,5 milyon dollara maska SİFARİŞ ETDİ 10 Avqust 2020, 12:20 Lukaşenkonu ilk o təbrik etdi 10 Avqust 2020, 12:15 Azərbaycanda general-leytenant vəfat edib 10 Avqust 2020, 12:04 Müəllimliyə imtahan vermək istəyənlərin NƏZƏRİNƏ 10 Avqust 2020, 11:57 Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır 10 Avqust 2020, 11:52 Ceyhun Bayramov XİN rəhbəri kimi ilk səfərini bu ölkəyə edəcək 10 Avqust 2020, 11:46 Karantini pozan daha bir kafenin sahibi və müştərilər cərimələnib 10 Avqust 2020, 11:43 Bakıda polis əməkdaşı bıçaqlandı – cinayət işi açıldı 10 Avqust 2020, 11:23 Ermənistanda 1 gündə 23 nəfər virusa yoluxub 10 Avqust 2020, 11:15 DTX-nin həbs etdiyi general Əfqan Nağıyev buraxıldı 10 Avqust 2020, 11:11 Xocalı aeroprotundan Livana təyyarə uçub? 10 Avqust 2020, 11:08 Dillər Universiteti "Mənim Çinim" adlı onlayn-foto sərgi keçirir 10 Avqust 2020, 11:00 Koronavirusa görə vaxtından əvvəl azadlığa buraxılan məhkumların SAYI 10 Avqust 2020, 10:52 Xəzərdə suyun səviyyəsi azalıb 10 Avqust 2020, 10:49 Baş nazir Türkiyəyə görə Təhlükəsizlik Şurasının iclasını ÇAĞIRDI 10 Avqust 2020, 10:47 Təhsil Nazirliyi imtahanlarla bağlı yeniliyi açıqladı 10 Avqust 2020, 10:34 Havanı çirkləndirən sexin sahibi 2500 manat cərimələndi 10 Avqust 2020, 10:30 Dəhşətli daşqınlar 60-dan çox can aldı 10 Avqust 2020, 10:22 Prezident seçkilərinin ilkin nəticəsi açıqlandı – Lukaşenko 80,23% səs toplayıb 10 Avqust 2020, 10:18 2500 avtomobil postlardan GERİ QAYTARILIB 10 Avqust 2020, 09:53 Polis 3 tondan artıq narkotik vasitəni yandırdı 10 Avqust 2020, 09:48 Ermənistan ordusu Tovuz və Gədəbəyi atəşə tutdu 10 Avqust 2020, 09:45 Belarusda iğtişaşlarla bağlı cinayət işi açıldı 10 Avqust 2020, 09:41 Azərbaycan banklarında dollar bu qiymətə satılacaq - MƏZƏNNƏ 10 Avqust 2020, 09:34 FHN Kürdə batan şəxsin axtarışlarına başladı 10 Avqust 2020, 09:22 Belarusda seçkisonrası TOQQUŞMALAR – Rezin güllələr, su şırnaqları, yaralı etirazçılar - FOTOLAR 10 Avqust 2020, 09:14 Dünyada koronavirusa yoluxanların sayı 20 milyon nəfəri ötüb 10 Avqust 2020, 08:59 “Türkiyəyə imkan vermək olmaz Azərbaycanı öz tərəfinə çəksin” deyənlər... 10 Avqust 2020, 08:47 Abayın “Qara söz”ü... 10 Avqust 2020, 08:42