Modern.az

\"Milyonlarla insanın edə bilmədiyini gözlə görünməyən Koronavirus edir\" - Deputat

\

24 Mart 2020, 20:00

"Milyonlarla insanın edə bilmədiyini gözlə görünməyən Koronavirus edir. Artıq dünyanın əvvəlki kimi olmayacağı indidən məlumdur".

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

 

Deputat yeni dünyanın  yarandığını istisna etməyib:

"Baş verənlərə "Koronavirus inqilabı" , "Koronovirus qırğını" və ya "Koronovirus müharibəsi" də demək olar. Məqsədim əlbəttə, bu deyildir. Məni heyrətləndirən bəzi şəxslərin Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə riayət etmədən Bakı küçələrində məsuliyyətsiz, "eh" deyib əl yelləyərək danışmaları, uşaqsayağı davranışlarıdır. Amma bu şəxslər uşaq deyillər, 65-dən yuxarı yaşları var".

 

Musa Qasımlı  bir vaxtlar insanların müalicə üçün getdiyi ölkələri də xatırladıb:

"Xatırlatmaq istəyirəm: müalicə üçün insanların bəzilərinin ümidlə getdiyi Avropa və İran səhiyyəsi virusun qarşısında aciz qalıb. İnsanlar qarışqa kimi qırılır, tabut da çatışmır. Dərs almaq üçün yetərli faktlar deyilmi? Dövlətimiz özündən asılı olan hər şeyi edir. Bəs insanlarımız necə? İndi lağ- lağa zamanı deyildir. Ölkəmizdə yaşayan hər bir şəxs dövlət hakimiyyət orqanlarının tələblərinə ciddi riayət etməlidir. Məsuliyyətsiz hərəkətlərinizlə hakimiyyət orqanlarına, özünüzə və millətə problem yaratmayın. Unutmayın ki, biz güclü dövlət hakimiyyətinin olduğu ölkədə yaşayırıq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır