Modern.az

Milli Məclisdən 65 yaşdan yuxarı deputatlara XƏBƏRDARLIQ

Milli Məclisdən 65 yaşdan yuxarı deputatlara XƏBƏRDARLIQ

Parlament

26 Mart 2020, 12:48

Xəbər verdiyimiz kimi, martın 30-da Milli Məclisin növbəti plenar iclası keçiriləcək. İclas saat 11:00-da başlayacaq.

Hər kəsi maraqlandıran digər məsələ isə Nazirlər Kabineti yanında Operativ Qərargahın 65 yaşdan yuxarı insanların çölə çıxmasina qoyulan qadağa ilə bağlıdır. Milli Məclisdə xeyli sayda 65 yaşdan yuxarı olan deputatlar var.

 

Maraqlıdır, Milli Məclis 65 yaşdan yuxarı olan deputatların plenar iclasa qatılması ilə bağlı onlara güzəşt edəcəkmi?

 

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az-a açıqlamasında bunları deyib:

 

"65 yaşdan yuxarı olan deputatlardan xahiş olunacaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin qaydalarina riayət olunsun".

 

Qeyd edək ki, Milli Məclisin yaşı 65-dən yuxarı 31 deputatı var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?