Arxiv
26 mart 2020, 19:51 | AKTUAL
Bakıdan beynəlxalq istiqamət üzrə uçuşlar yalnız bu şəhərlərə olacaq

Bu gündən etibarən "Azərbaycan Hava Yolları" aviaşirkətinin beynəlxalq istiqamət üzrə reysləri yalnız Moskva və London şəhərlərinə yerinə yetiriləcəkdir.

 

Modern.az-ın məlumatına görə, Bakı-Moskva reysi həftənin cümə axşamı günləri yerinə yetiriləcəkdir. Bakıdan uçuş vaxtı – 10:40 (Bakı vaxtı ilə), Moskvadan uçuş vaxtı – 13:50 (Moskva vaxtı ilə). Bakı-London marşrutu üzrə reys həmçinin həftənin cümə axşamı günləri həyata keçiriləcəkdir, Bakıdan uçuş vaxtı – 19:05 (Bakı vaxtı ilə), Londondan uçuş vaxtı – 22:05 (London vaxtı ilə).

 

Bundan əlavə, insanların bir yerə sıx toplaşmasının qarşısının alınması məqsədilə "AZAL"ın aviabilet satış ofisləri bağlı olacaq, aviabiletləri "AZAL" aviaşirkətinin saytından əldə edə bilərsiniz (www.azal.az).

 

Xüsusilə qeyd etmək istərdik ki, Bakıya uçub gəlməyə yalnız Azərbaycan Respublikasının vətəndaşlarına icazə verilir.

 

Uçuşlar 2-ci Terminaldan/ 2-ci Terminala yerinə yetiriləcəkdir. Yalnız adlarına aviabilet əldə edən sərnişinlərin aerovoğzal binasına daxil olmasına icazə verilir. Digər şəxslərin, o cümlədən müşayiət edən (qarşılayan / yola salan) şəxslərin aerovoğzal binasına girişi qadağandır.

 

Bir daha xatırladırıq ki, Azərbaycana qayıdan hər bir vətəndaş tibbi müayinədən keçirilir və karantinə yerləşdirilir.

 

"AZAL" aviaşirkəti, vətəndaşları ehtiyac olmadan evlərindən çıxmamağa və hava yolu ilə səyahət etməməyə çağırır. Aviaşirkət dünyanın əksər ölkələrinin qarşılaşdığı hazırkı fövqəladə vəziyyətdə daha təmkinli olmağı və görülən tədbirlərə anlayışla yanaşmağı xahiş edir.

 

T.İSMAYIL

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ön cəbhə ilə əlaqəsini kəsməyən Qusar - FOTO 28 Oktyabr 2020, 18:03 Türkiyə XİN-dən həmsədrlərə çağırış - Ermənistana reaksiya verin 28 Oktyabr 2020, 18:00 Dolların məzənnəsi sabit qaldı 28 Oktyabr 2020, 17:54 Azərbaycan Ordusu irəliləyir - VİDEO 28 Oktyabr 2020, 17:50 Pakistanın Azərbaycandakı səfiri Bərdə terrorundan YAZDI 28 Oktyabr 2020, 17:44 Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu - FOTO 28 Oktyabr 2020, 17:38 Ermənistan mülki insanları qətlə yetirməyə davam edir - Türkiyə Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 17:33 XİN Bərdənin vurulması ilə bağlı bəyanat yaydı 28 Oktyabr 2020, 17:30 “Ali Baş Komandanımızdan sülh istəyənlər Bərdədəki səhnəni görməlidirlər” - Zahid Oruc 28 Oktyabr 2020, 17:24 Azərbaycan 80 yaşlı erməniləri qoruyur, Ermənistan onlardan imtina edir 28 Oktyabr 2020, 17:18 Həftə sonları 8 şəhər və 13 rayonda ictimai nəqliyyat işləməyəcək - RƏSMİ 28 Oktyabr 2020, 17:12 Fransada türklər və ermənilər arasında DAVA 28 Oktyabr 2020, 17:06 Daha 1 şəhərə və 2 rayona giriş-çıxış BAĞLANIR 28 Oktyabr 2020, 17:00 Azərbaycanda xüsusi karantin rejimi dekabrın 1-dək UZADILDI 28 Oktyabr 2020, 16:55 Bərdədə 26 nəfər ölüb - Baş Prokurorluq 28 Oktyabr 2020, 16:49 “Qarabağda qırmızı xətt keçilsə, atamın oğlu da olsa, gözünə baxmaram” - Ərdoğan 28 Oktyabr 2020, 16:43 Astarada evi tərk edən koronavirus xəstəsi saxlanıldı 28 Oktyabr 2020, 16:37 Prezident daha 13 kəndin işğaldan azad olunduğunu xəbər verdi - SİYAHİ 28 Oktyabr 2020, 16:32 Ermənistanda vətəndaşların əmlakı ordu üçün müsadirə olunacaq 28 Oktyabr 2020, 16:27 Prezidentdən XƏBƏRDARLIQ - Bərdə sakinlərinin qisası yerdə qalmayacaq 28 Oktyabr 2020, 16:22 Azərbaycanda koronavirus: 988 yeni yoluxma, 11 ölüm 28 Oktyabr 2020, 16:20 Ermənistan Tərtəri Qrad-dan atəşə tutur - YENİLƏNİB  28 Oktyabr 2020, 16:20 Daxili Qoşunların hərbi qulluqçuları təcili Bərdəyə ezam olunublar 28 Oktyabr 2020, 16:17 Bərdədə həlak olanlardan biri FHN-in əməkdaşıdır 28 Oktyabr 2020, 16:14 Baş Prokurorluq: Bərdədə ölənlərin sayı 21-ə yüksəldi - YENİLƏNİB 28 Oktyabr 2020, 16:10 "Prezidentimiz dünya miqyasında Azərbaycanın informasiya savaşının da şəksiz sərkərdəsidir"   28 Oktyabr 2020, 16:08 Azad olunmuş rayonlarda öncə təhsil ocaqları bərpa ediləcək - Şahlar Əsgərov 28 Oktyabr 2020, 16:03 Zəngilanda erməni xüsusi təyinatlıları darmadağın edildi - VİDEO 28 Oktyabr 2020, 16:00 Livan və Suriya erməniləri Qarabağdan QAÇIR 28 Oktyabr 2020, 15:57 Erməni hərbçlər belə məhv edildi - VİDEO 28 Oktyabr 2020, 15:52 Gəncədə koronavirusla bağlı maarifləndirmə tədbirləri davam etdirilir - FOTO 28 Oktyabr 2020, 15:47 Azərbaycan hökuməti Facebook-a müraciət edib 28 Oktyabr 2020, 15:42 Bu universitetə daxil olan tələbələrdən 50 nəfəri 600-dən çox bal toplayıb   28 Oktyabr 2020, 15:36 Bərdədə ölənlərin sayı 20-yə çatıb - Hikmət Hacıyev 28 Oktyabr 2020, 15:30 Sabah Tofiq Yaqublunun apellyasiya şikayətinə baxılacaq 28 Oktyabr 2020, 15:25