Arxiv
29 mart 2020, 12:38 | AKTUAL
Yol Polisi: Bu gündən Bakıda sürücülər cərimələnəcək - XƏBƏRDARLIQ

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin sürücülərə və avtomobil sahiblərinə yenidən müraciət edib.

 

Modern.az-ın məlumatına görə, İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov "avtosfer.az"a bildirib ki, kameralar vasitəsi ilə idarə edilən nəqliyyat vasitələrinin sürücülərinə inzibati tənbeh tədbirləri tətbiq ediləcək:

 

"Ötən gün ərzində Bakı şəhər ərazisində idarə edilən nəqliyyat vasitələri ilə bağlı vətəndaşlara müraciət edildi. Müraciətdə bildirildi ki, şəxsi avtomobillərdən mümkün qədər istifadə etməyin, xüsusilə də rayon qeydiyyatında olan dövlət nömrə nişanlı avtomobillərin idarə olunması məqsədə müvafiq deyil. Bu gün istirahət günü olsa da, Bakı şəhər ərazisində aparılan araşdırmalar deməyə əsas verir ki, hələ də karantin tələblərinin pozulaması halları var, bəzi sürücülər tərəfindən səhlənkarlğa yol verilir və avtomobillər idarə edilir. Ona görə bir daha paytaxt sakinlərinə, avtomobil sahiblərinə, sürücülərə müraciət edirik.

 

Bildiririk ki, karantin tələblərinin pozulması ilə bağlı inzibati tənbeh tədbirlərinin Bakı şəhər üzrə görülməsinə start verildi. Belə ki, kameralar vasitəsi ilə nəqliyyat vasitələrinin sürücülərinə inzibati tənbeh tədbirləri tətbiq ediləcək.

Deməli bir daha sürücülər və avtomobil sahibləri bilməlidirlər ki, paytaxt ərazisində yalnız kommunal təyinatlı, qəza-bərpa və ya tikinti işlərində istifadə edilən nəqliyyat vasitələri və digər avtomobillər idarə edilməlidir.

Eyni zamanda hər kəsi yenidən "Evdə qal" kampaniyasına qoşulmağa dəvət edirik. Bir daha yadınıza salırıq ki, "Evdə qal" kampaniyasına qoşulmaq Bakı şəhər ərazisində yol-nəqliyyat hadisələrinin sayının aşağı düşməsinə, eləcə də yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınmasına təsir göstərir. Ayrıca da, hazırda paytaxt ərazisində idarə edilən kommunal təyinatlı və yaxud dezinfeksiya işləri ilə məşğul olan epidemiya sahəsində olan şəxslərin də sərbəst hərəkətinə şərait yaradılır. Ona görə də sürücülər, avtomobil sahibləri karantin tələblərini düzgün yerinə yetirməyə çalışsınlar.

Beləliklə də həmin şəxslər özlərini, həm ailə üzvlərini, həm də digər şəxslərin sağlamlığının qayğısına qalmış olurlar".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
129 ölkə vətəndaşlarına Yaponiyaya gəlmək qadağan olundu 5 İyun 2020, 17:22 “Planet Parni iz Baku”nun aktyoru vəfat etdi - FOTO 5 İyun 2020, 17:20 Xeyrəddin Qoca: Dedim ki, mən Baş konsulam, alverçi deyiləm! 5 İyun 2020, 17:14 Ronaldu ilk milyarder futbolçu oldu 5 İyun 2020, 17:08 Dövlət Reklam Agentliyində işçilərin sayı artırıldı 5 İyun 2020, 17:02 “Azərişıq” və “Azəriqaz” birgə layihələrə başladı - FOTO 5 İyun 2020, 16:56 İqtisadiyyat Nazirliyi daha 150 obyektdə pozuntular aşkarladı - FOTO 5 İyun 2020, 16:50 Tarixi reallıqlara obyektiv elmi baxış - İsa Həbibbəyli yazır   5 İyun 2020, 16:44 Azərbaycan diasporu erməniləri ÜSTƏLƏYİR 5 İyun 2020, 16:38 “Gənc tədqiqatçıların IV beynəlxalq elmi konfransı” keçirilib 5 İyun 2020, 16:32 İlham Əliyev İsveç Kralına məktub göndərdi 5 İyun 2020, 16:26 Mehman Hüseynov üçün 140 min manat TOPLANDI 5 İyun 2020, 16:20 Akif Təvəkküloğlu Milli Məclisə QAYITDI 5 İyun 2020, 16:15 Türkiyədən daha 143 vətəndaşımız ölkəmizə gətirildi 5 İyun 2020, 16:09 Azərbaycan korrupsiya ilə mübarizədə MDB ölkələri arasında liderdir 5 İyun 2020, 16:03 Nazir 2 milyon dollarlıq konfet aldığı üçün işdən çıxarıldı 5 İyun 2020, 15:58 Dərbənddə 6 Azərbaycan vətəndaşında koronavirus tapılıb 5 İyun 2020, 15:52 Azərbaycanda hakimlər oyuna tibbi maska ilə çıxacaq 5 İyun 2020, 15:46 Azərbaycan rejissoru Kann kinofestivalına yol açdı 5 İyun 2020, 15:40 “Azyaşlı uşağa baxan ana işləyirsə, ona müavinət verilsin!” - Komitə sədri 5 İyun 2020, 15:34 Komitə sədri dövlət büdcəsi ilə bağlı maraqlı TƏKLİFLƏR irəli sürdü 5 İyun 2020, 15:28 Heydər Əliyev Fondu fermerlərə yardım etdi - Fotolar+Video 5 İyun 2020, 15:22 Dövlət qurumlarında iş saatı başa çatdı 5 İyun 2020, 15:16 Narıncı yarış maşını - Vahid Qazi 5 İyun 2020, 15:10 Pərvin Kərimzadə: Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edək!   5 İyun 2020, 15:04 Naxçıvanın bu qəsəbəsinə şəhər statusu verilir 5 İyun 2020, 14:58 Azay Quliyev Milli Məclisdə seçicilərinin problemlərini qaldırıb 5 İyun 2020, 14:52 Təhsil Nazirliyindən yay imtahanlarının ləğvi ilə bağlı AÇIQLAMA 5 İyun 2020, 14:46 Neft 41 dolları keçdi 5 İyun 2020, 14:40 Ərdoğan küçəyə çıxma qadağasını LƏĞV ETDİ 5 İyun 2020, 14:34 Tələbələrin təhsil haqqı ilə bağlı RƏSMİ AÇIQLAMA 5 İyun 2020, 14:28 Dollar yeni həftəyə bu məzənnə ilə başlayacaq 5 İyun 2020, 14:22 Dövlət Sərhəd Xidməti: Ermə­nistan Qazax və Ağstafada yeni döyüş möv­qeyi əldə etməyib 5 İyun 2020, 14:16 Deputat seçiciləri qəbul etdi - FOTO 5 İyun 2020, 14:10 Naqif Həmzəyev: Ermənistanın gələcəyi Azərbaycanın ərazi bütövlüyünün bərpasından asılıdır   5 İyun 2020, 14:04