Arxiv
29 mart 2020, 18:19 | AKTUAL
Dövlət Komitəsi Bərdədə arvadını öldürən ərin işini nəzarətə götürdü

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdə rayonunda baş vermiş zorakılıq hadisəsi ilə bağlı zərərçəkmiş ailənin sosial-psixoloji vəziyyətini nəzarətdə saxlayır.

Bu haqda Modern.az-a Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, kütləvi informasiya vasitələrində 26 mart 2020-ci il tarixində Bərdə Rayon Uşaq Xəstəxanasının qarşısında Bərdə rayon sakini İsmət Zamanovun həyat yoldaşı Zülfiyyə Zamanovanı qətlə yetirməsi və bundan sonra Bərdə Rayon Polis Şöbəsinə təslim olması barədə məlumat öz əksini tapıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi Bərdə rayon İcra Hakimiyyəti yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupu” ilə birgə təcili toplanaraq baş vermiş hadisənin dərhal araşdırılması, ailənin azyaşlı uşaqlarının bundan sonrakı taleyinin müəyyənləşdirilməsi məqsədilə müvafiq addımların atılması istiqamətində müzakirə aparıb.

 

Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) direktoru Yaqut Qəhrəmanova, Mərkəzin psixoloqu Ceyran Əhmədova və Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon İcra Hakimiyyəti yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupu”nun rəhbəri Fəqət Şadlinskayanın iştirakı ilə ailəyə baş çəkilərək, ailənin psixo-sosial vəziyyəti qiymətləndirilib, uşaqların mənafeyinin qorunması istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərə alınıb:

"Qətli törədən İsmət Zamanov barəsində həbs edilməklə cinayət işi başlanıb. Uşaqlar hazırda müvəqqəti olaraq nənə və babanın himayəsinə verilib. Yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı əməkdaşları azyaşlı körpələrin qəyyumluğuna dair məsələlərin həlli üzrə işə cəlb edilib. Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Uşaq və Ailələrə Dəstək Mərkəzi, müvafiq yerli icra hakimiyyətinin monitorinq qrupu birgə fəaliyyətlərini davam etdirəcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir daha cəmiyyətdə baş verən zorakılıq hallarını təəssüf hissi ilə qeyd edərək, bu hadisələrin qarşısının alınması istiqamətində birgə səylərin gücləndirilməsinin vacibliyini diqqətə çatdırır".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ölkədə COVİD-19 qurbanlarının sutkalıq sayı 72 nəfərədək azaldı 6 İyun 2020, 23:45 Xırdalanda yaşayış binasında yanğın 6 İyun 2020, 23:33 Bundesliqada yeni rekord vuruldu 6 İyun 2020, 23:20 Bu gün Azərbaycanda 5811 nəfər koronavirus testindən keçdi 6 İyun 2020, 23:13 İmişlidə qadını elektrik cərəyanı vurraraq öldürdü 6 İyun 2020, 22:58 Neftçalanın kəndlərində içməli su problemi – Operativ Qərargah yaradıldı 6 İyun 2020, 22:47 Azərbaycan neft hasilatının ixtisar müddətinin uzadılmasına razılıq verdi 6 İyun 2020, 22:39 Sülhəddin Əkbərin vəzifə iddiası Elçibəyi narazı salmışdı - Arif Hacılıdan AÇIQLAMALAR - QALMAQAL 6 İyun 2020, 22:38 Türkiyədə koronavirusdan daha 21 nəfər öldü 6 İyun 2020, 22:26 Sumqayıtda kütləvi dava - 2 ölü 6 İyun 2020, 22:16 Meyiti öz evindən çıxdı 6 İyun 2020, 22:06 Sumqayıtda bıçaqlanan şəxs hadisə yerində öldü 6 İyun 2020, 21:58 Qazaxıstan Prezidentinin mətbuat katibi koronavirusa yoluxdu 6 İyun 2020, 21:46 Bakıda binada yanğın  6 İyun 2020, 21:39 UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə imtahan sessiyasına hazırlıq müzakirə edildi 6 İyun 2020, 21:30 Satınalmaların əhatə məbləği azalıb - Hesablama Palatası 6 İyun 2020, 21:17 2019-cu ildə dövlət borcu üzrə göstəricilər strategiya ilə müəyyən edilmiş hədlərdə olub 6 İyun 2020, 21:11 Ötən il qeyri-neft sektorundan büdcə gəlirləri artıqlaması ilə yerinə yetirilib 6 İyun 2020, 21:05 Göyçaya yağan dolu vətəndaşların təsərrüfatına ziyan vurdu 6 İyun 2020, 20:51 Çin Avstraliyaya səyahətdən çəkinməyi tövsiyə etdi 6 İyun 2020, 20:44 Ağdaşda avtomobil aşdı, sürücü öldü 6 İyun 2020, 20:34 “Aprel neft bazarı tarixində ən pis ay oldu” - Novak 6 İyun 2020, 20:25 Bakıda küçədə bıçaqlanma olub 6 İyun 2020, 20:20 İran Avropanı kəskin tənqid etdi   6 İyun 2020, 20:10 “Bayer Leverkuzen” - “Bavariya” oyununda altı qol vuruldu 6 İyun 2020, 20:04 Dünyada koronavirusa yoluxanların sayı 7 milyona çatır 6 İyun 2020, 19:55 ÜST maska istifadəsi ilə bağlı yeni təlimatları AÇIQLADI 6 İyun 2020, 19:51 Braziliyada koronavirusdan 1 sutkada 1005 nəfər öldü 6 İyun 2020, 19:44 Gəncə və Goranboy sakinlərində narkotik aşkarlandı 6 İyun 2020, 19:33 Azay Quliyev seçicilərlə videogörüş keçirib - Foto 6 İyun 2020, 19:30 Daha bir bölgə Haftardan alındı - Liviya ordusu hücuma keçdi 6 İyun 2020, 19:22 Neft hasilatının azaldılması bir ay uzadıldı - OPEC+ 6 İyun 2020, 19:14 Moldovada COVID-19-a yoluxanların sayı 9,5 mini ötdü 6 İyun 2020, 19:05 İndoneziyada helikopter qəzası - 4 ölü 6 İyun 2020, 18:58 Dünya neft ehtiyatları 1,5 milyard barel artdı 6 İyun 2020, 18:47