Arxiv
29 mart 2020, 22:04 | AKTUAL
Fransada koronavirusa yoluxan azərbaycanlı sağalıb

Bütün dünyanı təşvişə salan Covid-19 virusu təəssüf ki, məndən də yan keçmədi. Elm aləmi, eləcədə hər birimiz üçün yeni olan bu virus haqqında doğru olmayan bir çox məlumatlar yayılıb.

Modern.az  xəbər verir ki, bu haqda Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva feysbuk hesabında paylaşım edib.



"Virusun əsasən səhhətində müəyyən problemləri olan yaşlı nəsilin nümayəndələri üçün təhlükəli olması barədə artıq hamımız bilirik. Amma çox təəssüf ki, heç bir sağlamlıq problemi olmayan gənclər də bu virusdan dünyasını dəyişmə təhlükəsi qarşısındadır. Fransada və diğər ölkələrdə artıq biz bunun şahidiyik. Hər bədən bu virusa müxtəlif cür reaksiya verir, bəzi insanlar heç hiss etmədən də bu xəstəliyin daşıyıcısı ola bilər",- deyə M.Fətəliyeva bildirib.

F.Fətəliyeva bildirib ki, onda simptomlar ilk olaraq bir necə gün halsızlıqla başlayıb: "Daha sonra baş ağrıları, boğaz qıcıqlanması, ishal, növbəti günlər isə beldən aşağı kəskin sümük ağrıları və nəfəs almaqda çətinlik çəkməklə müşahidə olundu. İlk günlər ciddiyə almasam da, vəziyyətim daha da ağırlaşmağa başladı və məcburən yaşadığım ərazidəki xəstəxanaya müraciət edərək skayner vasitəsilə müayinədən keçdim və Covid-19 virusuna yoluxduğum həmin gün təsdiqləndi. Qeyd edim ki, Fransada xəstəxanalarda vəziyyət olduqca acınacaqlıdır, yerlər çox məhduddur. Yalnız yüksək temperaturu olan və nəfəs çatışmazlığından əziyyət çəkən xəstələr müalicə üçün qəbul edilir. Buna görə də mənim ev şəraitində qalmağımı və müalicə almağımı məsləhət gördülər.

Mən artıq 4 gündür ki, həkimlər tərəfindən müəyyən edilmiş dərmanlardan istifadə edirəm və vəziyyətimdə müsbət irəliləyiş olduğunu hiss etməyə başlayıram. Ağrılarım səngiyib, təngnəfəsliyim isə get-gedə azalmağa başlayıb.

Sevinirəm ki, Azərbaycanda vaxtında, yoluxma sayının çox az olduğu andan ciddi tədbirlər görüldü ki, bu da sürətlə yayılmanın qarşısını almağa köməklik etdi. Təəssüf ki, Fransada çox gec xüsusi rejim tətbiq edildi. Vəziyyət o yerdədir ki, artıq xəstəxanalarda yer məhdudiyyətindən yaşa görə seçim etmək məcburiyyətindədirlər.

Məqsədim sizə bu müraciətimlə vəziyyətin nə dərəcədə ağır və ciddi olduğunu vurğulamaq eləcə də özünüzü , yaxınlarınızı, ətrafınızdakıları qorumaqla bütün xalqımızı qorumağa səsləməkdir. Həyatlarını təhlükəyə ataraq gecə-gündüz bizləri qorumaq üçün çalışan tibb işçilərinə öz dəstəyimizi qayda-qanuna riayət etməklə göstərək".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan diasporu erməniləri ÜSTƏLƏYİR 5 İyun 2020, 16:41 “Gənc tədqiqatçıların IV beynəlxalq elmi konfransı” keçirilib 5 İyun 2020, 16:32 İlham Əliyev İsveç Kralına məktub göndərdi 5 İyun 2020, 16:26 Mehman Hüseynov üçün 140 min manat TOPLANDI 5 İyun 2020, 16:20 Akif Təvəkküloğlu Milli Məclisə QAYITDI 5 İyun 2020, 16:15 Türkiyədən daha 143 vətəndaşımız ölkəmizə gətirildi 5 İyun 2020, 16:09 Azərbaycan korrupsiya ilə mübarizədə MDB ölkələri arasında liderdir 5 İyun 2020, 16:03 Nazir 2 milyon dollarlıq konfet aldığı üçün işdən çıxarıldı 5 İyun 2020, 15:58 Dərbənddə 6 Azərbaycan vətəndaşında koronavirus tapılıb 5 İyun 2020, 15:52 Azərbaycanda hakimlər oyuna tibbi maska ilə çıxacaq 5 İyun 2020, 15:46 Azərbaycan rejissoru Kann kinofestivalına yol açdı 5 İyun 2020, 15:40 “Azyaşlı uşağa baxan ana işləyirsə, ona müavinət verilsin!” - Komitə sədri 5 İyun 2020, 15:34 Komitə sədri dövlət büdcəsi ilə bağlı maraqlı TƏKLİFLƏR irəli sürdü 5 İyun 2020, 15:28 Heydər Əliyev Fondu fermerlərə yardım etdi - Fotolar+Video 5 İyun 2020, 15:22 Dövlət qurumlarında iş saatı başa çatdı 5 İyun 2020, 15:16 Narıncı yarış maşını - Vahid Qazi 5 İyun 2020, 15:10 Pərvin Kərimzadə: Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edək!   5 İyun 2020, 15:04 Naxçıvanın bu qəsəbəsinə şəhər statusu verilir 5 İyun 2020, 14:58 Azay Quliyev Milli Məclisdə seçicilərinin problemlərini qaldırıb 5 İyun 2020, 14:52 Təhsil Nazirliyindən yay imtahanlarının ləğvi ilə bağlı AÇIQLAMA 5 İyun 2020, 14:46 Neft 41 dolları keçdi 5 İyun 2020, 14:40 Ərdoğan küçəyə çıxma qadağasını LƏĞV ETDİ 5 İyun 2020, 14:34 Tələbələrin təhsil haqqı ilə bağlı RƏSMİ AÇIQLAMA 5 İyun 2020, 14:28 Dollar yeni həftəyə bu məzənnə ilə başlayacaq 5 İyun 2020, 14:22 Dövlət Sərhəd Xidməti: Ermə­nistan Qazax və Ağstafada yeni döyüş möv­qeyi əldə etməyib 5 İyun 2020, 14:16 Deputat seçiciləri qəbul etdi - FOTO 5 İyun 2020, 14:10 Naqif Həmzəyev: Ermənistanın gələcəyi Azərbaycanın ərazi bütövlüyünün bərpasından asılıdır   5 İyun 2020, 14:04 Bu gün Beynəlxalq Ətraf Mühit Günüdür 5 İyun 2020, 13:58 Milli Məclisin növbəti iclasının tarixi AÇIQLANDI 5 İyun 2020, 13:53 Deputat Rabitə Nazirliyini “VURDU” 5 İyun 2020, 13:48 Çimərliklərə getməyin! - XƏBƏRDARLIQ 5 İyun 2020, 13:46 At ətini mal əti kimi satanlar tutuldu - FOTOLAR 5 İyun 2020, 13:42 “Vətəndaşı narazı salan hakim məsuliyyətə cəlb edilməlidir” - Siyavuş Novruzov 5 İyun 2020, 13:37 “Məhkəmə-Hüquq Şurası haqqında” qanun dəyişdirilir 5 İyun 2020, 13:32 "Azəriqaz"dan smart-kart sayğacları olanlara xəbərdarlıq - Qazsız qala bilərsiniz 5 İyun 2020, 13:31