Modern.az

Aktrisalıqdan deputatlığa - Şəfiqə Məmmədovanın YUBİLEYİ

Aktrisalıqdan deputatlığa - Şəfiqə Məmmədovanın YUBİLEYİ

Mədəni̇yyət

30 Mart 2020, 10:52

Tanınmış aktrisa, sabiq deputat Şəfiqə Məmmədovanın ad günüdür. 

Modern.az-ın məlumatına görə, Ş.Məmmədova 30 mart 1945-ci ildə qədim Azərbaycan şəhəri Dərbənddə doğulub.
1963-1967-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsində təhsil alıb.

1967–ci ildən M.Əzizbəyov adına Akademik Dövlət Dram Teatrında aktrisa kimi çalışmağa başlayıb.

1968–ci ildən teatr xadimləri ittifaqının üzvi seçilib.

Yaradıcılığının parlaq dövründə, 1982–ci ildə ailə qayğıları ilə bağlı teatrdan uzaqlaşaraq, Azərbaycan Dövlət İncəsənət Inistitunda Aktyor sənəti kafedrasında pedaqoji fəaliyyətə başlayıb.

 

1985–ci ildə həmin fakultənin kafedra müdiri təyin olunub. 2001–ci ildən bu günə qədər Bakı Musiqi Akademiyasının “solo oxuma və opera hazırlığı” kafedrasının professorudur. Prezident təqaüdçüsüdür. .


Anarın "Şəhərin yay günləri" pyesinin tamaşasındakı Dilarə roluna görə respublika Dövlət mükafatına (1980) və Rasim Ocaqovun çəkdiyi "İstintaq" filmindəki Müstəntiqin arvadı obrazına görə SSRİ Dövlət mükafatına (1981) layiq görülüb.

 

1 iyun 1974-cü ildə respublikanın əməkdar artisti, 1 dekabr 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub.



Aktrisa “Hamlet”, “Canlı meyit”, “Xəyyam”, “Dəli yığıncağı” və digər tamaşalarda parlaq obrazlar yaradıb.

 

Onun xüsusilə kinoda canlandırdığı bir neçə rol əbədi olaraq tamaşaçıların yaddaşına həkk olunub. Belə ki, “Ad günü” filmində Fəridə, “Bizim Cəbiş müəllim”də Cəbişin arvadı, “Dədə Qorqud”da  Burla xatın, “İstintaq”da müstənqiq arvadı Gülya, “Qaraca Qız”da Pəricahan xanım obrazları buna ən yaxşı misallardır.

 

1995-2000 -ci illərdə I çağırış Milli Məclisin deputatı olub.


2012–ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına sədr vəzifəsinə seçilib. 25 iyun 2013– ildə “Şərəf” ordeni ilə təltif olunub

Prezidernt İlham Əliyevin 29 mart 2020-ci il tarixli sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb.

 


Son dövrlərdə heç bir filmə çəkilməyən sənətkar özünə uyğun obraz olmadığını deyir. Bunun səbəbini ssenaristlərdə görür. "Uyğun deyil mənə. Heç bir ssenarini özümə aid görmürəm. Yaratdığım elə bir iş yoxdur. Bilirsiz mən elə öz dövrümdə də istəyirdim çəkilirdim, istəmirdim çəkilmirdim. Məndə seçim həmişə olub".


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu