Modern.az

Ceyhun Bayramov prorektoru işdən çıxardı

Ceyhun Bayramov prorektoru işdən çıxardı

31 Mart 2020, 10:45

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) inzibati-təsərrüfat işləri üzrə prorektoru Adilxan Xəlilov vəzifəsindən azad edilib.

 

Modern.az Oxu.Az-a istinadən məlumat verir ki, bu barədə müvafiq əmri Təhsil Naziri Ceyhun Bayramov imzalayıb.

 

ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov məlumatı saytımıza təsdiqləyib.

 

 

O bildirib ki, Adilxan Xəlilov öz ərizəsi ilə işdən azad edilib:

 

“A.Xəlilov bir müddətdir ki, səhhəti ilə bağlı müalicə olunur. Bu ilin yanvarında Türkiyədə əməliyyat olunduqdan sonra o, gərgin iş rejimində çalışa bilməyəcəyini bildirib. A.Xəlilov işdən azad olunmaqla bağlı ərizə ilə müraciət edib və onun xahişi təmin olunub”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu