Arxiv
31 mart 2020, 11:00 | AKTUAL
Binəqədidə 3 ədəd yeni müasir dərman səpən aparat alınıb - FOTO

Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən zəruri tədbirlərin görülməsi işləri davam edir.

 

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyətində yaradılan mobil qruplar, eləcə də Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, başçının müavinləri və Aparatın məsul işçilərinin iştirakı ilə əhalinin sıx toplaşdığı ərazilərdə,abad məhələllərdə, fərdi izahetmə-xəbərdarlıq işləri aparılaraq, sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək,  özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək tövsiyə edilir.

 

Bununla barəbər rayon ərazisində 30.03.2020 –ci il tarixindədək ümumilikdə 500-ə yaxın pərakəndə ticarət, ictimai iaşə və digər xidmət obyektlərində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi üçün fərdi qaydada görüşlər aparılmış, Sakinlərin Müraciət Xidməti (1646) vasitəsilə sakinlərin mobil telefonuna sms göndərilmiş və rayon icra hakimiyyətinin sosial şəbəkələrdəki səhifələri vasitəsilə bu sahədə mütəmadi maarifləndirmə işləri həyata keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə fəaliyyətlərinə məhdudiyyət müəyyən edilmiş bir sıra sahibkarlıq subyektlərinin tələblərə əməl etməsi vəziyyətini öyrənmək məqsədilə Binəqədi rayon Polis İdarəsinin əməkdaşları ilə birlikdə tərəfimizdən mütəmadi müşahidələr aparılır.Eyni zamanda 65 yaşdan yuxarı sakinlərin təhlükəsizliyinin təmin edilməsi və gigiyenik qaydalara əməl edilməsi üçün tərəfimizdən aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş, eyni zamanda Binəqədi YAP təşkilatının könüllüləri ilə birlikdə 500-ə yaxın ahıl şəxslərlə görüş keçirilmiş və onlara infeksiyadan qorunmaq üçün gigiyenik vasitələr verilib.

 

Bundan başqa infeksiyanın yayılması hallarının qarşısının alınması üçün müvafiq tapşırıqlara əsasən Binəqədi MKTB tərəfindən 402 coxmənzilli binanın 1384 girişi və onların həyəti, 918 məişət tullantısı konteyner meydançası, 7 istirahət parkının ərazisi, məcburi köçkünlərin məskunlaşdığı 42 yataqxana binası, 40 kooperativ bina 30.03.2020- ci il tarixindən gün boyu dezinfeksiya edilmişdir.Dezinfeksiya işlərinin həyata keçirilməsi üçün 55 ədəd dərman səpən aparat və 80 ədəd xüsusi geyim, 2 ton xloremin, 300 litr benzol, 125 kilo bioksena dərman preparatları alınmışdır. Dezinfeksiya işlərinin daha səmərəli davam etdirilməsi məqsədilə 3 ədəd yeni müasir dərman səpən aparat alınıb.

 

Hal-hazırda bu işlərin rayonun qəsəbələrində də davam etdirilməsi üçün 2 ədəd iritonnajlı xüsusi nəqliyyat vasitələri cəlb edilməklə zəruri  tədbirlər həyata keçirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
DİM buraxılış imtahanlarının vaxtını dəyişdi - Yeni TARİXLƏR 4 İyun 2020, 14:28 Əli Əsədov karantin rejiminin sərtləşdirilmə səbəbini AÇIQLADI- MÜRACİƏT - VİDEO 4 İyun 2020, 14:24 Bu şəhər və rayonlarda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti tam QADAĞAN OLUNDU 4 İyun 2020, 14:20 Fəaliyyəti dayandırılmayan sahələr AÇIQLANDI 4 İyun 2020, 14:17 Yoluxma halları artsa bölgələrdə də sərt tədbirlər tətbiq olunacaq - Əli Əsədov 4 İyun 2020, 14:13 Dörd şəhərdə sərt karantin rejimi tətbiq olundu - QƏRAR 4 İyun 2020, 14:11 Azərbaycan bu koronavirus göstəricisinə görə dünyada 16-cıdır 4 İyun 2020, 14:05 Baş Nazir karantin rejimini SƏRTLƏŞDİRDİ 4 İyun 2020, 14:00 Məşhur Məmmədov Masallı sakinlərinə müraciət etdi 4 İyun 2020, 13:54 Lukaşenko yeni Baş Nazir təyin etdi 4 İyun 2020, 13:48 Baş Nazir koronavirusla bağlı əhaliyə müraciət edəcək 4 İyun 2020, 13:42 Bakı-Sumqayıt qatarlarının sayı artırıldı - YENİ QRAFİK 4 İyun 2020, 13:36 Bu il 11-ci sinfi 80646 şagird bitirir 4 İyun 2020, 13:30 Sabah hava necə olacaq? - PROQNOZ 4 İyun 2020, 13:20 Dünyanın bu ərazisi də koronavirusdan QURTULDU 4 İyun 2020, 13:14 Azərbaycanlı eks-deputatın şirkəti Moskvada 21 milyon dollara bina aldı 4 İyun 2020, 13:10 Sərdar Cəlaloğlu Nobel mükafatı almaq istəyir: “Təkcə özümə görə deyil...” - MÜSAHİBƏ 4 İyun 2020, 13:05 Dərmanından zəhərlənən qadın xəstəxanada öldü 4 İyun 2020, 13:00 Deputat seçicilərindən xahiş etdi - həftə sonu evdə qalın 4 İyun 2020, 12:56 DİM qabiliyyət imtahanlarına qeydiyyat elan etdi 4 İyun 2020, 12:50 Polis suda boğulan azyaşlını xilas etdi 4 İyun 2020, 12:46 Qənirə Paşayeva Mədəniyyət Nazirliyinə müraciət etdi 4 İyun 2020, 12:42 Parlament partiyaları: “Siyasi fəaliyyətdən imtina edib Qarabağ probleminə köklənmək olmaz” 4 İyun 2020, 12:36 Avropa çempionatı Parisdən alındı Bakıya verildi 4 İyun 2020, 12:30 Qazaxıstan və Macarıstan ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupuna üzv qəbul edilib 4 İyun 2020, 12:25 Kapital Bank Sberbank ilə əməkdaşlığını davam etdirir 4 İyun 2020, 12:20 Daşkəsəndə qardaş bacısını öldürdü 4 İyun 2020, 12:14 Türkiyədə 6 nəfər azərbaycanlı koronavirusdan öldü - RƏSMİ 4 İyun 2020, 12:08 Rusiyada koronavirusa yoluxanların sayı daha da artdı 4 İyun 2020, 12:02 Bu il 100 min hektaradək ərazidə təkrar qarğıdalı əkini aparılacaq 4 İyun 2020, 11:57 Tibb müəssisələrinin akkreditasiyası üçün dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ 4 İyun 2020, 11:55 Şamaxıda bir kəndin adı dəyişdirilir 4 İyun 2020, 11:52 Generallar Ermənistanla sərhədə getdilər - FOTO 4 İyun 2020, 11:48 Onlayn imtahanların keçirilməsi üçün xüsusi proqram HAZIRLANDI 4 İyun 2020, 11:43 Azərbaycan neft kvotasını pozub? - Moskva və Ər-Riyad OPEK+ ölkələrindən narazıdır 4 İyun 2020, 11:39