Modern.az

Rüstəm Xəlilov əhali arasında maarifləndirici söhbətlər aparıb - FOTO

Rüstəm Xəlilov əhali arasında maarifləndirici söhbətlər aparıb - FOTO

31 Mart 2020, 11:50

Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov operativ qərargahın üzvləri ilə birlikdə əhali arasında maarifləndirici söhbətlər aparıb.

 

Modern.az xəbər verir ki, ölkə ərazisində koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Hacıqabul rayon İcra hakimiyyəti yanında fəaliyyət göstərən operativ qərargahın sədri, rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov qərargah üzvləri ilə birlikdə əhali arasında maarifləndirmə tədbirləri həyata keçirib. 

 

Söhbət zamanı vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələri, xüsusi karantin rejimi müddətində həm öz sağlamlıqlarını qorumaları, həm də cəmiyyətdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan ötrü insanların fərdi evlərində və mənzillərində qalmaları tələb olunduğu barədə xəbərdarlıq edilib.

 

İnfeksiyanın rayon ərazisində yayılmasının qarşının alınması məqsədilə Gigiyena və Epidemilogiya Mərkəzinin həkim və tibb işçiləri tərəfindən şəhərin prospekt və küçələrində, məhəllədaxili yollarda, həmçinin yaşayış binalarında gündəlik dezinfeksiya işləri davam etdirilir. 

 

Tədbirlər müntəzəm olaraq aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?