Modern.az

Yetkinlik yaşına çatmayanlara enerji içkisi satanlar cərimələnəcək

Yetkinlik yaşına çatmayanlara enerji içkisi satanlar cərimələnəcək

31 Mart 2020, 20:13

Energetik içkilərin yetkinlik yaşına çatmayanlara satılmasına görə yüz manat məbləğində cərimə tətbiq ediləcək.

Modern.az  xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Eyni zamanda “Uşaq hüquqları haqqında” qanuna təklif edilən dəyişikliklərə görə, Azərbaycanda energetik içkilərin uşaqlara satılması, eləcə də energetik içkilərin istehsalı, daşınması, satışı və saxlanılması işlərində uşaq əməyinin tətbiq edilməsi qadağan ediləcək.

Qeyd edək ki, indiyə qədər etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə yüz manat məbləğində cərimə tətbiq olunub. Layihə Milli Məclisdə qəbul olunacağı təqdirdə bu siyahıya energetik içkilər də daxil ediləcək.

Layihə Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı