Modern.az

Parlamentin Əmək və sosial siyasət komitəsinin onlayn iclası keçirilib

Parlamentin Əmək və sosial siyasət komitəsinin onlayn iclası keçirilib

1 Aprel 2020, 12:35

Martın 31-də Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin onlayn iclası keçirilib.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iclası komitə sədri Musa Quliyev aparıb.

 

Tədbirə komitənin deputatları ilə yanaşı Milli Məclis Aparatının İqtisadi qanunvericilik və Sosial qanunvericilik şöbələrinin əməkdaşları da onlayn qoşulublar.

 

İclasda “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında” və “Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə edilib.

 

Onlayn iclasın sonunda müzakirə olunan sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı