Modern.az

Fransada daha 509 nəfər koronavirusdan öldü

Fransada daha 509 nəfər koronavirusdan öldü

Dünya

1 Aprel 2020, 23:02

Fransada koronavirus qurbanlarının sayı artıb.

 

Modern.az  xəbər verir ki,  son 24 saat ərzində 509 nəfər koronavirusdan dünyasını dəyişib.

Fransanın Səhiyyə departamentinin rəhbəri Jerom Salomon keçirdiyi brifinqdə bildirib ki,  ümumilikdə ölkədə 4 032 nəfər koronavirusun qurbanı olub.

Onun sözlərinə görə, 24 000 nəfərə COVID-19 diaqnozu qoyulub: "Hazırda 6 017 pasiyent reanimasiyada müalicə olunur. Reanimasiyada müalicə alanların 80 nəfərinin yaşı 30-dan azdır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır