Modern.az

Koronavirus testi verən 11 dövlət başçısı - Onlardan 2-si virusa YOLUXUB

Koronavirus testi verən 11 dövlət başçısı - Onlardan 2-si virusa YOLUXUB

2 Aprel 2020, 10:28

Dünyanı təhlükə altına alan koronavirus pandemiyası milliyətindən, irqindən, sosial statusundan asılı olmayaraq hər kəsə yoluxur.

 

Modern.az xəbər verir ki, sürətlə yoluxma sayı 1 milyona doğru yaxınlaşan virusla bağlı bir sıra dövlət başçıları da koronavirus testindən keçir.

 

Bu günə qədər koronavirus testindən 11 ölkənin rəhbəri keçib. Onlardan Rusiya prezidenti Vladimir Putin, Ermənistan baş naziri Nikol Paşinyan, Kanada baş naziri Castinm Trüdo, Almaniya kansleri Angela Merkel, İsrail baş naziri Benyamin Netanyahu, İspaniya baş naziri Pedro Sançes, Braziliya prezidenti Jair Bolsonaru və Estoniya prezidenti Kersti Kalyulaydun testi mənfu çıxıb.

 

 

Lakin virus testləri müsbət çıxan iki dövlət başçısı da məlumdur. Bu dövlət rəhbərləri Monako knyazı II Alber və Böyük Britaniya baş naziri Boris Consondur. Hazirda onların müalicəsi davam edir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir