Modern.az

Deputat partiyası üçün büdcədən ayrılan puldan İMTİNA EDİB

Deputat partiyası üçün büdcədən ayrılan puldan İMTİNA EDİB

3 Aprel 2020, 16:27

Bir neçə gün öncə Azərbaycanda partiya sədrləri 2019-cu il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. Hesabatda ötən il ərzində partiya gəlirləri, cari işlərə sərf olunan vəsait və s. maliyyə xərcləri öz əksini tapıb.

Azərbaycanda dövlət qeydiyyatından keçən 55 siyasi partiyadan yalnız 32-i bu məlumatları MSK-ya bildirib. Təqdim olunan siyahıda Vətəndaş Birliyi Partiyasının hesabatında bütün rəqəmlər 0-dan ibarət olub. Yəni hesabat boş təqdim edilib.

 

Məsələni aydınlaşdırmaq üçün Modern.az partiyanın sədri, deputat Sabir Hacıyevin köməkçisi Anar Cabbarovla əlaqə saxlayıb. Deputatın köməkçisi bildirib ki, partiya dövlət tərəfindən ayrılan pulu qəbul etmir:

 

“Vətəndaş Birliyi Partiyası dövlət tərəfindən büdcədən pul ayrılanda qəbul etmir. Nə partiya üzvlərindən pul yığırıq, nə də dövlətdən verilən pulu götürürük. Yəni deyirik ki, bizim üçün ayrılan pul orduya, yaxud da digər sahələrə sərf edilsin. Bu il bizə ayrılan pul da koronavirusla mübarizəyə sərf edilsə, yaxşı olar. Hesabatda bildirilib ki, nə gəlir var, nə də məxaric. Buna görə hesabatda təqdim olunan büdcəni götürmədiyimizin göstərilməsi daha uyğun olar”.

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər